

... Yaxud “Nansy” arasında bağlılıq
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
Rusiya ilə separatçılar sinxron hərəkət edir
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
Fransa bizim üçün tam şəkildə itirildi
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
Anti-Azərbaycan mövqeyinə görə ...
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
Pelosi erməniləri məyus etdi: “Biz sizə ümid etdik”
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bugünkü zirvə toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyə qədər “Azərbaycanın Ermənistana qarşı aqressiyasına münasibət bildirməyib”.
Paşinyan sonrakı cümləsində təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub. O birincisi bildirib ki, KTMT-nin passivliyi təşkilatın Ermənistan daxilindəki imicinə mənfi təsir edib, ikincisi, təşkilat Qazaxıstanın istəyinə müsbət cavab verib, bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir.
Paşinyanın ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi. KTMT-nin İrəvandakı zirvə toplantısı da ermənilərin ümidini doğrultmayacaq. Təşkilat üzvləri Ermənistanın haqsız mövqeyinə görə tərəfdaşları olan Azərbaycanla münasibətləri gərginləşdirmək istəmirlər. Buna baxmayaraq, KTMT Paşinyanın gözünün yaşını silmək üçün Azərbaycan-Ermənistan təmas xəttində monitorinq aparmağa qərar verə bilər. Bunun Azərbaycan üçün təhlükəsi yoxdur, Ermənistanla təmas xəttində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır və heç bir güc və təşkilat bizi geri çəkilməyə məcbur edə bilməz.