Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
20:22 | 11 iyul 2025 | Cümə
Məqaləyə 253 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
İran ilə İsrail arasında son ayların ən gərgin silahlı qarşıdurması iyun ayında 12 gün davam edən müharibə ilə nəticələndi. Tərəflər arasında atəşkəs elan olunsa da, yeni bir müharibənin baş vermə riski hələ də qalmaqdadır.
Vaxt.az-ın beynəlxalq analitiklərə istinadən etdiyi təhlilə görə, bu təhlükəyə işarə edən dörd əsas elementi var: sürətli silahlanma, İranın nüvə proqramı, Tramp-Netanyahu yaxınlaşması və İranın regional vekillərinin artan hərbi aktivliyi.
1. Silahlanma sürətlənir: Çin də dövrəyə girdi
İran İsrailin hücumları nəticəsində zərər görmüş hava hücumundan müdafiə sistemlərini yenidən qurmağa çalışır. Bu məqsədlə Çinlə hərbi əməkdaşlığını gücləndirən Tehran, “J-10” qırıcı təyyarələri və yer-hava raket sistemlərinin alınması istiqamətində addımlar atır.
Digər tərəfdə isə İsrail də boş dayanmır. Keçmiş müdafiə naziri İsrael Katz son günlərdə İsrailin şimal sərhədlərində hava patrullarını artırdıqlarını, yeni mülki müdafiə bölmələri qurduqlarını və ehtiyat qüvvələri hərəkətə keçirdiklərini açıqladı. ABŞ isə İsrailə dəstəyini artıraraq ona yeni silah, yüksək dəqiqlikli raket və hava hücumundan müdafiə sistemləri göndərir.
2. Nüvə proqramı dərin risk yaradır
İran, son müharibədə nüvə obyektlərinin zərər görməsinə baxmayaraq, uranın zənginləşdirilməsini və yeni sentrifuqaların istehsalını davam etdirir. Tehran, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı məhdudlaşdıraraq yoxlamaları dayandırıb.
ABŞ və beynəlxalq ictimaiyyətin narahatlığı artarkən, Tramp administrasiyasının əvvəlki dövrdə pozduğu nüvə sazişinə qayıdış ehtimalı da sual altındadır. Bu da bölgədə strateji qeyri-müəyyənliyi dərinləşdirir.
3. Tramp–Netanyahu tandemi: Müharibə ritorikası sərtləşir
Netanyahu ilə Donald Tramp arasında əvvəllər fərqli mövqelər görünürdü. Lakin son görüşlərdə hər iki lider İranın regional ambisiyaları və nüvə proqramı ilə bağlı oxşar mövqe sərgiləməyə başlayıb.
Netanyahu açıq şəkildə Trampın sərt yanaşmasını dəstəkləyərək “İsrail təhlükəsizlik üçün bütün tədbirləri görəcək” deyib. Hətta Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı təşəbbüs belə, bu əməkdaşlığın dərinliyini göstərir.
4. İranın terrorçuları hərəkətdə: Qırmızı dənizdə hücumlar
Yəməndəki İran dəstəkli husilər son günlərdə İsrailə qarşı raket və PUA hücumlarını intensivləşdirib. Tel-Əviv yaxınlığındakı hədəflər vurulub, üstəlik Qırmızı dənizdə İsrailə bağlı olduğu bildirilən iki yük gəmisi batırılıb.
Bu koordinasiyalı hücumlar həm husilərin artan hərbi potensialını, həm də İranın bölgədəki strateji planlarını ortaya qoyur. İran, İsraili təzyiq altında saxlamaq və enerji yollarını pozmaq üçün dolaylı müharibə üsullarını genişləndirir.
ABŞ və Çin risk altında
Bu cür gərginlik sadəcə regional müharibə ilə nəticələnməyəcək. ABŞ-ın İsrailə dəstəyini artırması və İranın Çinlə yaxınlaşması, böyük güclərin qarşıdurmaya cəlb olunma ehtimalını artırır. Belə bir ssenari Yaxın Şərqdəki siyasi-ekonomik balansı alt-üst edə və dünya enerji təhlükəsizliyini ciddi risk altına sala bilər.
Nəticə: Atəşkəs yeni savaşın susqunluğudur?
24 iyunda əldə olunan atəşkəs, fundamental münaqişə səbəblərinə toxunmadan razılaşdırılıb. Tehran diplomatiyaya formal maraq göstərsə də, nüvə və raket proqramını dayandırmağa dair heç bir siqnal vermir. İsrail isə bu risklərə qarşı qabaqlayıcı tədbirlər almaqda israrlıdır.
Bütün bu indikatorlar, analitiklərin də vurğuladığı kimi, “qaynar nöqtəyə” dönüş ehtimalının yüksək olduğunu göstərir.