vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
ABŞ-Çin yarışı qızışır 21:04 | 15 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-Çin yarışı qızışır

“Vaşinqton geri çəkilir, Pekin güclənir”

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin idarəsi Afrikadan Cənub-Şərqi Asiyaya qədər nüfuzunu genişləndirir. ABŞ Prezidenti Donald Tramp xarici yardımları dayandırır və diplomatik heyətin sayını azaldarkən, Çin dünya səhnəsində təsirini artırır.

 

Senatın hesabatı


ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin demokrat üzvləri tərəfindən hazırlanan 91 səhifəlik hesabat Çinin bu boşluğu necə doldurduğunu ətraflı göstərir.

“Reuters” xəbər agentliyinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ləğv edilən kimi, çətinlik yaranan sahələrə Çin müdaxilə edib.

ABŞ Uqandadakı qida yardımı proqramını dayandırdıqdan sonra Çin mart ayında bu ölkəyə 2 milyon dollar dəyərində düyü pay göndərib.

Vaşinqton Zambiyada 37 milyon dollarlıq HIV/AIDS yardımı ləğv edərkən, Çin 500 min ədəd sürətli HIV test dəsti bağışlayıb və səhiyyə əməkdaşlığını davam etdirmə sözü verib.

 

Cinpinin Cənub-Şərqi Asiya turu

 

Çin lideri Si Cinpin aprel ayında Cənub-Şərqi Asiya səfərinə çıxmışdı. O, Vyetnamla dəmir yolu bağlantısı sazişi imzalayıb, Kamboca ilə enerji, təhsil və infrastruktur sahələrində 37 müqaviləyə qol qoyub, Malayziyada isə texniki və istehsal layihələrini elan edib.

May ayında Pekində keçirilən Çin–Latın Amerika və Karib Ölkələri Birliyi (CELAC) III Nazirlər Konfransında Şi Cinpin Latın Amerika və Karib ölkələrinə 9,2 milyard dollar kredit ayıracağını bəyan etmişdi.

 

Demokratların tənqidi


Demokrat senator Can Şein Trampın “Öncə Amerika” siyasətinin ölkənin beynəlxalq nüfuzunu zəiflətdiyini düşünür və bunu geri çevirməyi vacib sayır: “Biz geri çəkilərkən, Çin qlobal nüfuzunu artırır”.

***

ABŞ Dövlət Katibi Marko Rubyo martda bildirib ki, USAID-in proqramlarının 80 faizi bağlanıb.

 

Sağlamlıq sahəsində risklər


“The Lancet” jurnalı keçən ay dərc etdiyi araşdırmada qeyd edib ki, “USAID”in 2001–2021-ci illər arasındakı maliyyələşdirməsi 91 milyon insanın ölümünü önləyib.

Tədqiqatda xəbərdarlıq edilir ki, yardımlar kəsilsə, 2030-cu ilədək əlavə 14 milyon insan həyatını itirə bilər.

Vaşinqtonun xarici yardımları azaldığı bir vaxta Çinin qlobal arenada aktiv addımları onu balansı dəyişdirən əsas oyunçuya çevirir. Hər iki tərəfin strategiyalarının gələcəkdə dünya siyasi və iqtisadi xəritəsini necə yenidən formalaşdıracağı diqqətlə izləniləcək.