
ABŞ-Çin yarışı qızışır
“Vaşinqton geri çəkilir, Pekin güclənir”
“Vaşinqton geri çəkilir, Pekin güclənir”
Alimlər həyatın necə başladığına dair yeni ipucu tapıblar
ABŞ miqrantları vətənlərindən kənar ölkələrə deportasiya edə biləcək
Ağ Evin yaxınlığındakı şübhəli avtomobildə axtarış aparılıb
İdxalda 4,4, ixracatda 0,2 faiz artım var
Türk tələbə qız Los-Anceles həqiqətlərini açıqladı
Kanada ABŞ-ın 25 faiz avtomobil tariflərinə cavab verəcəyini açıqladı
1100-dən çox redaktə edilmiş sənədin tam şəkildə dərci mütəxəssisləri qane etməyib
Kennedi sənədlərində maraqlı məlumatlar
ABŞ-ın keçmiş prezidenti Kennedinin qətli ilə bağlı 1123 sənəd yayılıb
Con Kennedinin qətli ilə bağlı 80 min səhifəlik iş açıq elan olunacaq
80 yaşlı radionun susmasına səbəb efirdə “HƏMAS”ı “terrorçu” adlandırmamaq oldu
Jurnalistlər qapı dalında qaldı, yayımlar dayandırıldı
“Amerikanın Səsi” kommunizm, faşizmə qarşı mübarizədə müstəsna xidmətlər göstərmişdi
“Amerikanın Səsi” və “Azadlıq Radiosu” fəaliyyətini dayandırdı
Yaxud 45 dəqiqə davam edən “dua mərasimi”
Keçmiş prezident Con F. Kennedini sui-qəsdlə qətlə yetirilməsindən aylar əvvəl qatil Li Harvi Ozvaldın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) radarlarında olduğunu göstərən bomba effekti yaradan yeni sənədlər yayımlayıb.
Yeni açıqlanan 40 sənəd, Təmsilçilər Məclisi Nəzarət Komitəsinin “federal sirlər” işçi qrupunun bu ay üzə çıxartdığı materiallardır. Bu, MKİ-nin uzun illər boyu iddialarını sarsıdan və daha geniş bir ört-basdır nəzəriyyəsinə əlavə ağırlıq gətirən ən son məqamdır.
Sənədlər göstərir ki, MKİ-nin Mayami şöbəsində “siyasi fəaliyyət və psixoloji müharibə” üzrə məsul zabit Corc Yoanidiz (George Joannides) 1963-cü ilin yanvarından etibarən Kubalı Tələbə İnqilabçı Direktoriyası (Directorio Revolucionario Estudiantil, DRE) adlanan qrupun daxilinə sızma əməliyyatına rəhbərlik edib. Bu qrup üzvləri 1963-cü ilin avqustunda Ozvaldla ünsiyyət qurub və onun Kubaya dost münasibətlərini dəstəkləyən “Kuba üçün Ədalətli Oyun Komitəsi”ndən (Fair Play for Cuba Committee) dönmək niyyətində olduğunu düşünmüşdülər.
Yoanidiz operativ ad kimi “Hovard Mark Gebler” təxəllüsünü və saxta sürücülük vəsiqəsini istifadə etməyə göstəriş almışdı. DRE üzvləri gizli zabiti “Hovard” adlandırsa da, MKİ 1964 və 1978-ci illərdə belə bir şəxsin mövcud olmadığını bildirərək bu faktı inkar etmişdi.
1998-ci ildə təşkilat “Hovard” adlı şəxsin qeydlərinin olmamasını və bəlkə də bu adın “sadəcə bir yönləndirmə göstəricisi” ola biləcəyini açıqladı. Lakin 1981-ci ildə Yoanidiz xidməti rəhbərlik tərəfindən Karyera Kəşfiyyat Medalıyla təltif edildi. Sonradan istintaqçılar bildirdilər ki, o, 1963-cü ildəki rolunu gizlədir və araşdırmaları əngəlləyib.
Yeni sənədləri araşdıran Təmsilçilər Məclisi komitəsini idarə edən Anna Paulina Luna deyib: “Bu, ictimaiyyətin artıq ehtimal etdiyi çox şeyi təsdiqləyir: MKİ Amerikan xalqına yalan söyləyib və ört-basdır gerçəkləşib”.
Sənədlər Con F. Kennedinin vurulmasına dair əlavə detallar təqdim etmir və Ozvaldın təkbaşına hərəkət edib-etmədiyi mübahisəsini həll etmir. ABŞ prezidenti Donad Tramp isə mart ayında vəzifəyə gələn kimi bu sui-qəsdlə bağlı minlərlə gizli sənədi açıqlayacağını göstəriş vermişdi.