vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
22:44 | 16 aprel 2025 | Çərşənbə Məqaləyə 100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üstü bəzək, ...

Türk tələbə qız Los-Anceles həqiqətlərini açıqladı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Los-Ancelesdə bir göydələndə yaşayan Türkiyə vətəndaşı sosial media hesabında şəhərə nifrət etdiyini açıqlayıb.

Məzmunu “Bir az həqiqət” başlığı ilə paylaşan universitet tələbəsi şəhər haqqında kəskin ifadələr işlədib: “Hər kəsə salam. Mən Los-Ancelesdə göydələndə yaşayıram. Amma bu şəhəri sevmirəm. Bəs niyə bura nifrət edirəm?

Mən 30-cu mərtəbədəyəm və balkonumdan Los-Ancelesin məşhur binalarının mənzərəsi var. Yəqin ki, Los-Ancelesdəki hər hansı bir filmdə görə biləcəyiniz binalar. Binada 3 hovuz, 3 sauna, 3 mətbəx, hər bir şey var.

Amma binadan bayıra çıxan kimi can təhlükəsizliyim yoxdur. Neçə dəfə demək olar ki, hücuma məruz qalmışam? Küçə heç vaxt təhlükəsiz deyil. Çünki burada çoxlu evsizlər var, küçələr çox çirklidir və üfunət iylənir.

Polis helikopterləri daim sizi yuxunuzdan oyadır, çünki daim cinayətlər törədilir. Binalar iç-içədir. O qədər izdihamlıdır ki, heç parkinq yeri yoxdur. Maşınla heç yerə gedə bilməzsiniz.

Hava qaraldıqdan sonra çölə çıxıb gəzməyin mənası yoxdur, çünki bu çox təhlükəlidir. Los-Ancelesdə, bəlkə şəhərin mərkəzində gəzə bilərsiniz”.