Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
15:38 | 19 sentyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 3151 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
1929-cu ildə İstanbuldakı Türkiyə Milli Muzeyinin direktoru Milal Əhməd qədim bir xəritənin iki parçasını aşkar etdi. Xəritə XV-XVI əsrlərdə yaşamış admiral və coğrafiyaşünas-alim Piri-Reysə məxsus idi. Özünün «Bəhriys» adlı əsərində o, bu xəritəni Makedoniyalı İsgəndər dövrünə aid daha qədim bir xəritədən köçürdüyünü bildirir. Sonradan eyni qədimliyə malik daha iki xəritə – fransız Orontiya Fineyin (1532-ci il) və türk Hacı Əhmədin (1559-cu il) xəritələri aşkar olunur. Hər üç xəritənin maraqlı xüsusiyyəti ondan ibarət idi ki, onlarda hələ Xristofor Kolumbdan çox-çox əvvəldə Amerika və Antarktida qitələri təsvir olunmuşdu. Özü də necə?
Bu xəritələr aşkar olunduqdan sonra onlarda təsvir olunan ölçülərlə, indiki xəritələrdə təsvir olunan Antarktida və Amerika xəritələrindəki bir sıra ölçülərin tamamilə bir-birindən fərqləndiyi məlum oldu. Bu məsələ ilə bağlı Antarktidaya göndərilmiş xüsusi beynəlxalq ekspedisiya 1934-cü ildə apardığı təkrar hesablamalarla bu materikdəki bir çox zirvənin, yarğanın, sahil çıxıntılarının və s.-in bu xəritələrdə daha dəqiq verildiyini müəyyənləşdirdi. Bundan əlavə bir fakt xüsusi maraq doğurdu: hazırkı xəritələrdə Antarktidaya bitişik şəkildə göstərilən «Kraliça Mod» adlı bir zirvə bu xəritələrdə sahildən bir qədər aralıda yerləşən ayrıca bir ada kimi göstərilirdi. Əlavə seysmik yoxlama həmin xəritələrin dəqiqliyini təsdiqlədi: Həqiqətdə də, onu materiklə quru sahəsi yox, bu xəritələrdə göstərildiyi kimi, dəniz sahəsi birləşdirirmiş. Sadəcə olaraq, bu dəniz hazırda buzlaqlarla əvəz olunub və bu buzlaq zirvə ilə materik arasındakı fasiləni görünməz edib.
Bundan əlavə, bu xəritələrdə maraqlı olan daha bir neçə məsələ xüsusi maraq doğurdu və indiyə qədər də doğurmaqdadır: əvvəla – onlar hamısı eyni bir qədim orijinaldan deyil, fərqli orijinallardan köçürülmüşdülər və formaları da müxtəlif idi; İkincisi – onların hər üçündə Yer kürə formasında təsvir olunmuşdu; və nəhayət, üçüncüsü – bunların hər üçündə Antarktida buzlaqlardan azad formada, yəni axan çayları, qaynayan bulaqları, dənizləri, gölləri, körfəzləri və s. birgə göstərilmişdi. Antarktida isə yalnız 10-15 milyon il bundan əvvəl belə bir formada olub.