
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Üçüncü baş nazir də vəzifəsini itirdi
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Kim Çen In Putinə qoşularaq Çinə gedir
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissəsində silahlı toqquşmalar qeydə alınmış, hər iki tərəf itkilər vermişdi. Bundan sonra iki ölkə arasındakı siyasi təmaslar ən aşağı səviyyəyə enmiş, Hindistan Çinin yatırımlarından imtina etmişdi. Hazırda vəziyyət müsbətə doğru dəyişmək üzrədir, gərginlik nə Çinin, nə də Hindistanın maraqlarına cavab verir. Bu mənada Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar iyulun 14-də Çinə rəsmi səfəri diqqət çəkib. Doğrudur, Subramanyam Cayşankar iyulun 15-də Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq məqsədilə Çinə səfər edib. Ancaq hindli diplomat fürsətdən istifadə edərək Çində ikitərəfli görüşlər də keçirərək, münasibətlərin normallaşdırılması mövzularını müzakirə edib.
Subramanyam Cayşankar əvvəlcə çinli həmkarı Van Yi ilə görüşüb. Nazirlər iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün praktiki addımlar barədə razılığa gəliblər. Bundan başqa tərəflər humanitar mübadilələrin asanlaşdırılması məqsədilə qarşılıqlı səfərlər də daxil olmaqla əlavə addımlar atmağa qərarlaşdırıblar. Hindistan Xarici İşlər Nazirliyi Pekindəki müzakirələrlə bağlı bəyanat yayımlayıb. Bəyanatda müzakirələr konstruktiv və perspektivli adlandırılıb. Bildirilib ki, nazirlər gələcəkdə də ikitərəfli səfərlər və görüşlər vasitəsilə dialoqu davam etdirmək niyyətindədirlər. Hindistanın xarici işlər naziri Çinin vitse-prezidenti Han Cənlə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin sabit inkişafını təmin etmək üçün praktik əməkdaşlığı irəli aparması və qarşılıqlı əlaqələrə hörmət edilməsi vacibliyi vurğulanıb. İki ölkə arasında zaman-zaman yaşanan gərginliyə baxmayaraq, Subramanyam Cayşankar Hindistanla Çin arasında diplomatik əlaqələrin 75 illiyini yüksək qiymətləndirib və bildirib ki, “münasibətlərimizin davamlı normallaşması qarşılıqlı faydalı nəticələr verə bilər”. Hindli diplomat beynəlxalq vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir vaxtda Hindistanla Çin arasında açıq fikir mübadiləsinə ehtiyac duyulduğunu bildirib.
Hindistanın xarici işlər naziri Çindəki görüşlərdə qlobal və regional mövzuları da müzakirə edib. Misal üçün Hindistan-Pakistan gərginliyinin azalması Çin üçün əhəmiyyət kəsb edir. Pakistan Çinin müttəfiqidir. Buna baxmayaraq, Pekin Hindistan-Pakistan arasında gərginlik istəmir. Çünki, bu zaman bölgədə təhlükəli vəziyyət yaranır və bu Çinin iqtisadi maraqlarına ziddir. İkincisi, ABŞ prosesə müdaxilə edir ki, bu da Çinin maraqlarına ziddir.