Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:55 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 270 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Son dövrlər, ümumiyyətlə, Cənubi Qafqaz respublikaları ilə Rusiya arasında heç bir zaman olmadığı qədər gərginlik var: “İlk gərginlik məhz Ermənistandan başladı. Rusiya indiyə qədər bir neçə dəfə Nikol Paşinyan hakimiyyətini dəyişmək üçün öz adamını Ermənistana göndərib. Maraqlıdır ki, Moskva erməni milyarderləri bu işə cəlb edir. Ruben Vardanyanı göndərdilər Ermənistana, lakin istədikləri nəticəyə nail ola bilmədilər. Paşinyan Vardanyan projesinin uğur gətirməsinin qarşısını almağı bacardı. Vardanyan üz tutdu o dövrdə erməni quldurlarının əlində olan Qarabağa. Məqsəd Qarabağdan revanş götürüb Ermənistanda hakimiyyətə sahiblənmək idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və 2023-cü ilin sentyabrında 1 günlük antiterror əməliyyatı Vardanyan projesinin tamamilə dəfni ilə nəticələndi. Ruben Vardanyan bu gün etdikləri cinayətlərə görə Azərbaycan məhkəməsi qarşısında cavab verir.
Bir ara isə cinayətkar Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün rəhbərlik etdiyi klan hərəkətə gətirildi. Mitinqlər keçirdilər. Ancaq xalq onlara dəstək vermədiyindən fiaskoya uğradı.
Sonra Rusiya keşiş Baqrat Qalstanyan projesini ortaya atdı. Dindarların, kilsənin əli ilə hakimiyyəti devirməyə çalışdı. Baqratla bu işin olmayacağını görüb əhatə dairəsini böyütdülər və Eçimədzin kilsəsini, keşiş ikinci Qaregini çevriliş senarisində önə çıxardılar. Nikol Paşinyan Baqaratı həbs etdirdi. Keşiş Qaregin və ətrafını isə küncə sıxışdıra bildi. Bu dəfə Rusiya erməni əsilli Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyanı Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ezam etdi. Paşinyanın cavab addımı dərhal və sərt oldu. Samvel Karapetyana cinayət işi açıldı və onu həbs etdilər. Bundan sonra həbs dalğası genişləndirildi. Beləliklə, Rusiyada əminlik yaranıb ki, taktika özünü doğrulda bilmir. İrəli sürdükləri milyarderlər, onlara casusluq edən siyasətçilər və keşişlər, həmçinin nüfuzu olmayan Qarabağ klanı kartı işləmədi. Ona görə də Rusiya ənənəvi hərbi güc yoluna keçmək fikrinə düşdüyünü Gümrüdəki hərbçilərinin sayını artırmaq istəməsi ilə ortaya qoyur".
Qeyd edim ki, Ukrayna ilə müharibədə ordusunun şəxsi heyətinə hər keçən gün daha çox əsgər lazım olan Rusiya Ermənistandakı hərbçilərinin sayını artırırsa, bunun arxasında böyük planın olduğundan xəbər verir: “Ermənistanda qəfildən rus hərbi qüvvələrinin güc yolu ilə hakimiyyəti dəyişməyə cəhd göstərəcəyi istisna deyil. Rusiya hesab edir ki, Ermənistanı tamamilə itirməmək üçün 102-ci hərbi bazanın gücündən istifadə etmək lazım olacaq. Ona görə də Krımdan və Rostovdan Ermənistandakı 102-ci hərbi bazaya yeni qüvvələr gətirilir. Ukrayna kəşfiyyatının əldə etdiyi xəbər boşuna deyil”.