
“G7”dən Kremlə növbəti həmlə
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiyanın Ukraynada bataqlığa düşməsi aydın görünür, əgər ağılları çatıb onları bu bataqlığa itəliyənləri görmədilərsə, öz günahlarıdır, indi də çapaladıqca daha dərinə batırlar – Ukraynaya “SSRİ”ni bərpa edəcəyi xülyası ilə girən Rusiya artıq MDB-nin, KTMT-nin dağılmasının da əsasını qoydu.
KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-facto işlək institut olmadığı ilk Ermənistanın həyasızlığından sonra üzə çıxdı, indi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa “qətl” edilir – KTMT-nin nizamnaməsinə görə təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar. 40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbas bölgəsini öz ərazisi elan etdi, Rusiyanın indiki Konstitusiyasına görə həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə indi Rusiya “təcavüzə” uğrayıb, “işğala” məruz qalır, “əraziləri” atəşə tutulur, torpaq itkisi ilə üzləşir – amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT bir qırağa, heç öz əhalisinə belə, məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib, Kremlin əsl məğlubiyyəti məhz budur.
Moskvanın Ukraynanı işğal etməklə “SSRİ-2” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq, MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq, bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər – sabah Səmərqənddə TDT rəhbərlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir...