Rusiyanın oylağı
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
11:52 | 4 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 1698 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Ötən həftə Özbəkistanda yaranan qarışıqlıq qısa müddətə hətta, Ukraynadakı müharibəni də arxa plana atdı. Müxtəlif siyasi müşahidəçilər bu hadisələrdə ən müxtəlif qüvvələrin maraqlı olduğunu vurğulayaraq, bir-birindən fərqlənən şərhlər verməyə çalışdılar. Onların nə dərəcədə obyektiv olduğunu söyləmək çətindir. Amma bu şərhlərin əksəriyyətində bu münaqişənin yaranmasında Moskvanın əli olduğu vurğulanırdı. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bu təşəbbüslərin ölkə xaricindən gəlməsini söyləməsi də belə düşüncələrin əsassız olmadığını göstərir. Şübhəsiz ki, keçmiş SSRİ məkanında baş verən istənilən münaqişədə Kremlin əlinin olmasını düşünmək anlaşılandır. Amma Ukraynada heç bir əhəmiyyətli uğur əldə edə bilməyən Rusiyanın başqa bir cəbhədə də döyüşmək istəməsi bir qədər qəribə görünür. Əldə etdiyimiz məlumatlar bu hadisələrin Moskva üçün də gözlənilməz olduğunu düşünməyə əsas verir.
Rusiya prezidenti Vladimir Putin həftəsonu müxtəlif tərkibdə və formatda bir neçə görüş keçirib. Amma əsas etibarilə bu həftəsonu Putinin gündəmi Özbəkistanda etirazlarla bağlı gərgin vəziyyət olub. Belə ki, Özbəkistanda baş verənlərə həsr olunmuş görüşlərdə Putin və yoldaşları Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Rusiyaya kömək üçün müraciət etməsi imkanını müzakirə ediblər. KTMT-nin bəzən hələ də Daşkənd müqaviləsi təşkilatı adlandırılmasına baxmayaraq, Özbəkistan bu təşkilat üzvü deyil, üzvlüyünü çoxdan dayandırıb. Putin görüşlərin birində Özbəkistana KTMT-yə üzvlüyün dərhal bərpası ilə bağlı mümkün təklif məsələsini qaldırıb, lakin həm Putin, həm də iclas iştirakçıları yekdil fikrə gəliblər ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrindən istifadə etməklə Özbəkistan rəhbərliyinə effektiv dəstək vermək mümkün olmayacaq. Ona görə də bu təşəbbüsdən imtina etmək qərara alınıb. Bütün döyüşə hazır qoşunlar Ukraynadakı müharibəyə cəlb olunub və KTMT müttəfiqləri yalnız mənəvi baxımdan real dəstək verə bilərlər. Özbəkistanın dərhal KTMT-yə bərpası və Özbəkistan rəhbərliyinin kömək istəməsi halında Özbəkistana on beş minə yaxın Belarus qoşununun göndərilməsinin mümkünlüyü müzakirə edilib. Lakin belə bir ehtimala sadəcə eyham vurulmasından Lukaşenko təşvişə düşüb, qəti surətdə imtina etməyə tələsib və hətta qoşunların ölkədən çıxarılmaması naminə ertəsi gün açıq şəkildə özünü Ukraynadakı münaqişənin tərəfi kimi elan edib.
Özbəkistan prezidentinin ölkəsindəki iğtişaşların xaricdən idarə olunması ilə bağlı çıxış etdiyi barədə məlumat verildikdə Putin bunu Özbəkistan rəhbərliyinin yardım istəməsi kimi qiymətləndirib və təcili iclas çağırıb. Görüşlərin nəticəsi olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Özbəkistan tərəfinə kömək istəməyin arzuolunmaz olduğunu yumşaq, lakin israrla çatdırmaq barədə göstəriş verilib. Prinsipcə, bazar günü səhər Özbəkistanda vəziyyət bir qədər sakitləşib və Putin hətta görüşü “görünür, keçdi” sözləri ilə yekunlaşdırıb. Amma nə olursa-olsun, artıq şənbə gecəsi Putin Özbəkistanın kömək istəyəcəyi təqdirdə, bunun daxili münaqişə olması və kənar təsirin olmaması səbəbindən yardım göstərməkdən imtina etmək qərarına gəlib. Talibanın Tacikistan ərazisindəki iddiaları ilə bağlı problemi Putin KTMT-ni faktiki olaraq xilas edən beş milyard dollar ödəməklə yenicə həll etdiyi indiki dönəmdə yeni problem – Özbəkistan hadisələri meydana çıxıb. Beləliklə, daha heç bir halda səxavət nümayiş etdirmək yeri deyil. Vladimir Putin Özbəkistanın KTMT-yə bərpası imkanlarını müzakirə edərkən şəxsən belə də deyib: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq. Kim müdafiə olunmaq istəyirsə, Rusiyanın tərkibinə qoşulmaq üçün qapılar açıqdır”.