Taleyi sapdan asılı Hələb
Suriyanın «Stalinqrad»ı süqut ərəfəsində
Heydər OĞUZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
İsraildən Suriyaya hava zərbələri
Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
ABŞ bazasına hücum cəhdi
Kamikadze PUA-lar hədəfə çata bilməyib
-
“Müqavimət oxu” strategiyasında çatlar
Hərəsinin öz gündəmi olan terrorçu təşkilatlardan asılılığı İranı getdikcə riskli hala sürükləyir
-
Toqquşmadan son anda yayınıb
Suriyada ABŞ və Rusiya təyyarələri bir-birinə təhlükəli şəkildə yaxınlaşıb
-
İranın Suriyanın şərqində pəncələri
Bölgə hökumətin gizli şərikliyi ilə fars rejimi ambisiyasının təsiri altına düşüb
-
8 ABŞ əsgəri yaralanıb
Suriyada koalisiya qüvvələrinin bazasına olan PUA hücumunun nəticəsi açıqlanıb
-
İran-ABŞ qüvvələri arasında toqquşma
Yaraqlıların raketlərinə hava hücumu ilə cavab verilib
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Suriyada hərarət artır
İran qüvvələri hücuma hazırlaşdığı vaxtda, beynəlxalq koalisiya hərbi texnika daşıyır
-
Mümkünlük və davamlılıq
Ərdoğanla Əsəd arasındakı mümkün görüşə zəmin hazırlanır
-
“Dialoqa hazırıq”
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
-
Yeni geri çəkilmənin başlanğıcı
Yaxud qlobal dəyişikliklər və böhranlı ölkələrin gələcəyi
Suriyanın şimalında strateji önəmə sahib olan Hələb şəhəri «Əsəd dostları»nın əlinə keçməkdədir. Strateq.az xəbər verir ki, ötən ilədək ABŞ və müttəfiqlərinin «mötədil müxalifət» adlandırıb müdafiə etdikləri qüvvələrin Hələbdəki nəzarət dairəsinin 8.6 kvadrat kilometrə qədər daraldığı bildirilir.
Şəhərin şimalında «müxaliflərin» son ümid qalasına çevrilən bu dar ərazi isə tamamilə mühasirə altındadır. Bir müddət əvvəl ölkənin şimalındakı Nubbul və Zəhra qəsəbələrini də ələ keçirən «Əsəd dostları» faktiki olaraq şəhərin Türkiyə ilə bağlantılarını kəsmiş və Hələb dirənişçilərini çarəsiz vəziyyətə salmışlar.
Hazırda isə Hələbdən müxaliflərin məğlubiyyət nidaları yüksəlir. Anadolu Agentliyi müxbirinin bölgədəki mənbələrdən əldə etdiyi məlumata görə, İran dəstəkli şiə könüllüləri Hələbin şərq hissəsini ələ keçirdikdən sonra Firdövs və Kəlləsə məhəllələrində çox sayda sivil vətəndaşı öldürüb. Hadisə şahidi Mahmud Şeyx yaşadıqları dram barədə müxbirə deyib: «Adımı, kimliyimi gizləməyə ehtiyac yoxdur. Qorxacağımız bir şey qalmadı. Biz də öləcəyik onsuz da…»
Hələb sakini Mahmud Şeyxin bu ümidsizliyi səbəbsiz deyil. «Əsəd dostları»nın son hücumlarıyla müxaliflər Şeyx Səid, Firdövs, Hamdudu və Salihin bölgələrindən çəkilmək məcburiyyətində qalıb və 8,6 kvadrat kilometrlik dar bölgəyə sığınıblar. Müxaliflərin bu dar mühasirədə uzun müddət duruş gətirməsi isə olduqca müşkül məsələdir.
Sual oluna bilər: Hələbin tamamən əldən çıxması durumunda nə baş verə bilər? Şəhər niyə bu qədər əhəmiyyətlidir?
Bu sualların cavabı Hələbin strateji önəmiylə birbaşa bağlıdır. Ölkənin faktiki olaraq ikinci böyük şəhəri sayılan Hələb Qərbin və o cümlədən Türkiyənin dəstəklədiyi «mötədil müxalifət»in əlində saxlamağa çalışdığı sonuncu böyük şəhərdir. Dolayısıyla, Suriyadakı vətəndaş müharibəsinin taleyi bu şəhərdən çox asılıdır. Hələb itirilərsə, ölkənin bütün bölgələrində müxaliflərin bir-biriylə əlaqələri tamamən qopacaq və bütün şəhərlər faktiki olaraq mühasirə vəziyyətinə düşəcək.
Hələb eyni zamanda Suriyadakı vətəndaş müharibəsinin simvolu kimi qəbul olunur. Uzun müddət şimalı müxaliflərin, cənubu Əsəd rejiminin əlində olan Hələbdə qazanılan həlledici qələbə vuruşan tərəflər üçün əsl «moral qaynağı» ola bilər və bu, uzun illərdən bəri davam edən, yarım milyona yaxın suriyalının həyatı bahasına başa gələn vətəndaş müharibəsində əsl dönüş yaradar. Təsadüfi deyil ki, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu şəhərin bu özəlliklərini nəzərə alaraq, onu II Dünya müharibəsinin Stalinqradı ilə müqayisə edirdi.
Suriyanın «Stalinqrad»ının itirilməsi hər kəsdən daha çox Türkiyəyə zərər verəcək. Qardaş ölkə rəsmilərinin bu zamana qədər ən yüksək kürsülərdə dilə gətirdikləri «toxunulmaz bölgə» ideyası da Hələbin itirilməsiylə əhəmiyyətsizləşəcək. Çünki ilk dəfə Davudoğlu tərəfindən irəli sürülən, Rəcəb Tayyib Ərdoğan tərəfindən isə dəfələrlə səsləndirilən «toxunulmaz bölgə» təklifində ən önəmli yeri Hələb tutur. Təklifə görə, Hələbin şimalı, İdilibin Türkiyə sərhədlərinə yaxın əraziləri və Lazkiyənin şimalı toxunulmaz zona elan olunmalı və Suriyadan qaçanlar bu bölgədə yerləşməliydi. İndisə həmin bölgənin mərkəzi müxaliflərin nəzarətindən çıxmaq üzrədir. Lazkiyənin şimalı isə Rusiyanın müdaxiləsiylə itirilən ilk coğrafiya olmuşdur. Hələbin itirilməsindən sonra müxaliflərin nəzarətində qalan yeganə bölgə İdlib olacaq ki, bu ağır itkidən sonra həmin vilayəti əldə saxlamaq da xeyli çətinləşəcək.
Müxaliflərin bel bağladığı ABŞ isə əslində Hələbin taleyi barədə qərarı ötən il vermişdi. Xatırladaq ki, Türkiyə ilə bərabər «öyrət, təchiz et» proyekti iflasa uğrayandan sonra ABŞ-ın dövlət katibi Soçidə Putinlə bir araya gəlmiş və Suriya məsələsini müzakirə etmişdilər. Görüşdə əldə olunan qərarlar tam açıqlanmasa da bir neçə ay sonra Rusiya Suriyaya müdaxilə etmiş, əsasən Lazkiyənin şimalını və Hələbi vurmağa başlamışdı.
O zamana qədər ABŞ tərəfindən müdafiə olunan müxaliflərin tələbilə Hələb məsələsi beynəlxalq müstəvidə müzakirə edilmişdi. BMT öz nümayəndəsi vasitəsilə həm Əsəd rejimini, həm də müxalifləri müzakirəyə çağırmış və toplantılarda heç bir nəticə əldə olunmamışdı.
Həmin ərəfədə Suriya məsələsi Vyanada da bir çox ölkə rəhbərlərinin iştirakı ilə müzakirəyə çıxarılmış və tərəflər ortaq məxrəcə gələ bilməmişdilər. Əsasən Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunan müxaliflər ən çox ümid bəslədikləri ABŞ-dan isə yenə gözlədikləri dəstəyi almamış, böyük xəyal qırıqlığına uğramışlar.
Vyana görüşlərinin birində müxaliflərin nümayəndəsinin ABŞ dövlət katibi Con Kerrinin qarşısını kəsərək, umduqları dəstək tələb etməsinə aldığı cavab isə Hələbin taleyinə vurulmuş möhür kimi idi. Məlumata görə, Con Kerri suriyalı müxalif liderə demişdir: «İndi siz nə tələb edirsiniz? Biz sizin könlünüz xoş olsun deyə, Rusiya ilə vuruşmalıyıq?»
Beynəlxalq qüvvələrin güzəşt çağırışlarına baxmayaraq, müxaliflərin israrlı mövqeyi onların tamamilə təklənməsinə yol açmışdır. Rusiyanın Suriyadakı hava hegomonluğu nəticəsində müxaliflərin yeganə müdafiəçisi Türkiyə də onlara yetərli dəstək verə bilməmiş, indiki ağır vəziyyət ortaya çıxmışdır.
Hələbin «Əsəd dostları» tərəfindən ələ keçirilməsində yeganə ümiddoğurucu hal bundan ibarətdir ki, bu önəmli hadisədən sonra Suriyadakı qanlı vətəndaş müharibəsinə son qoyula bilər.