vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
15:15 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp biznesdən gedir

«Diqqətimi prezident səlahiyyətlərinэ yönəldəcəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyasınadək biznesdən gedəcəyini elan edib. O, bu barədə «Twitter» sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Tramp öz aktivlərinin idarə olunmasını oğullarına həvalə etmək fikrindədir. «Hərcənd qanun üzərimə belə bir məsuliyyət qoymasa da, bütün diqqətimi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə yönəltmək imkanı əldə etmək üçün yanvarın 20-dək biznesdən gedəcəyəm. Onu iki oğlum – Don və Erik, həmçinin menecerlər idarə edəcəklər», – Donald Tramp belə yazıb. O, əlavə edib ki, dövlət başçısı postunda olduğu müddətdə heç bir yeni sövdələşmə bağlamayacaq.

Donald Trampın ilkin varidatı ona ikinci Dünya müharibəsi ərəfəsində Nyu-Yorkun Bruklin və Kuins rayonlarında ucuz mənzillər tikməyə başlayan atasından irsən qalıb. Oğul istiqaməti vaxtında dəyişib və dünyanın hər yerində bahalı ofis binaları, otellər, kazinolar və qolf-klublar tikməyə girişib. Onun tikinti imperiyasının flaqmanı Manhettenin mərkəzindəki «Trump Tower» hesab olunur. «Trump Organization» ailə kompaniyasının mənzil-qərargahı bu binada yerləşir.

KİV-də Donald Trampın sərvətinə dair fərqli informasiyalar yer alır. Forbes jurnalının məlumatına görə, onun varidatı 3,7 milyard dollardır. Fortuna jurnalı bu rəqəmin 3,9 milyard dollar, «Bloomberq» isə 3 milyard dollar olduğunu bildirir.