vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:40 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hələblə bağlı atəşkəs pozuldu

Türkiyə Əsədi və İranı ittiham edir, Əsəd isə...

F.ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə, Rusiya və Əsəd rejiminin razılığı ilə iki gün əvvəl Hələblə bağlı razılaşdırılmış atəşkəs pozulub. Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Əsəd ordusu bütün hərbi arsenalını işə salaraq Hələbi fasiləsiz atəşə tutub: «Əsəd ordusu razılaşmanı pozaraq, havadan və qurudan şəhərin müxaliflər və sivillər yerləşmiş ərazisini dayanmadan bombalayır. Şəhərdə xeyli ölən və yaralanlaların olduğu bildirirlir».

Əsəd isə Rusiya mətbuatına müsahibəsində deyib ki, onun ordusu ancaq terrorçuları vurur: «Mülki əhalini biz yox, terrorçular öldürürlər. Qərb isə əsassız olaraq bizi ittiham edir».

Dünya mediası isə vəziyyətin Əsədin dediyi kimi olmadığını iddia edib. Bildirilir ki, Əsəd ordusu müxalif döyüşçü və mülkü əhalinin şəhərdən çıxarılmasına imkan verməyiblər.

Xatırladaq ki, iki gün əvvəlki razılaşmaya görə, Hələbdəki müxalif döyüşçülər və mülkü əhali açılacaq dəhlizlə İdlib şəhərinə çəkiləcəkdir.

Ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına görə, İran dəstəkli şiə qüvvələri və Əsəd ordusu atəşkəsin pozulmasında əsas rol oynayaraq, razılaşmanı pozublar.

Az əvvəl Türkiyəli nazir bununla bağlı Rusiyalı həmkarı Lavrovla durumu müzakirə etsələr də, atəşkəsi dayandırmaq mümkün olmayıb.