Çexiyanın gizli polisi Trampın birinci arvadını niyə izləyib?
ABŞ-ın yeni prezidentinin həyatıyla bağlı maraqlı faktlar ortaya çıxıb
Alessandro ALVİANİ, La Stampa (İtaliya)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
-
“Nəhayət, bizə qoşuldu”
Sosial media şokda: “Bütün siyasi karyerasında etdiyi ən ağıllı şey”; “Yuxulu Co, Tramp qatarına xoş gəlmisiniz!!!”
-
67 milyon insan izlədi
Kamala Harris-Donald Tramp dueli üçün milyonlar insanın nəzəri ekranlara zilləndi
Donald Tramp artıq 80-ci illərin sonunda prezidentliyə namizədliyini irəli sürməyi düşünüb və ola bilsin, bunu 1996-ci il seçkilərində etmək istəyib. Bundan başqa, o, 30 il müddətində vergi ödəməkdən azad idi.
Bu barədə Çexiyanın StB məxfi polisinin (Ştazinin Çexiya ekvivalenti) arxivində tapılmış və «Bild» nəşrinin, əvvəllər isə Çexiya televiziyasının yaydığı «tamamilə məxfidir» qrifli sənədlər xəbər verir.
Bir neçə həftədən sonra dünyada ən böyük kəşfiyyat aparatının başında olacaq Tramp 70-80-ci illərdə birinci arvadı ilə Çexoslovakiya kommunist rejiminin casus nişangahına düşüb. İvana Mari Zelniçkova Moraviyanın Zlin şəhərində doğulub, əvvəlcə Avstriyaya, sonra Kanadaya və nəhayət, ABŞ-ın növbəti prezidenti ilə tanış olduğu Nyu-Yorka mühacirət edib.
Çexiyanın xaricə getmiş xeyli vətəndaşını izləyən StB çox tezliklə onunla maraqlanmağa başlayıb. 1977-ci ilə aid sənəddə, yəni keçmiş modellə Donald Trampın toyundan iki ay sonra «Lyuboş» kod adlı agent yazıb ki, cütlüyün imzaladığı nikah müqaviləsinə əsasən Tramp, ən azı, üç uşaq arzulayıb və boşanma halında İvanaya bir milyon dollar ödəməyi vəd edib.
Agent dəqiqləşdirib ki, Trampın şirkəti «ən etibarlı zəmanətdən faydalanır, çünki dövlət sifarişləri alır». O həmçinin əlavə edib ki, «daha bir imtiyaz ABŞ prezidenti ilə şəxsi münasibət, həmçinin 30 ilə bütün vergilərdən azad edilməsidir».
«New-York Times» seçkiqabağı kampaniyadan əvvəl 1995-ci ildə xeyli məsrəflərdən sonra Trampın 18 il müddətində bir sent də vergi ödəmədiyini aydınlaşdırdıqdan sonra bu təfərrüat daha maraqlı olur.
«Miloş» kod adlı başqa bir agent 1988-ci il 21 oktyabr tarixli sənəddə Trampa təzyiqdən və ABŞ prezidentliyinə namizədliyindən danışır. «Miloş» İvananın Çexoslovakiyaya səfərini (o, atasına baş çəkmək üçün daim qayıdırdı) xatırladıb qeyd edirdi ki, «onun istənilən yanlış addımı 1996-cı ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan əri üçün gözlənilməz nəticələr doğura bilər».
Casus əlavə edir ki, bu, nə qədər utopik görünsə də, Tramp öz gücünə əmindir.
StB xəfiyyəsi hətta ABŞ-a uçub ki, Trampı izləsin: agent «A-Yarda» 1989-ci il 10 oktyabr məlumatında Trampın Çexoslovakiya kənd təsərrüfat istehsalat kooperativinin təşkil etdiyi səfərindən məlumat verib. Çexiya televiziyası keçmiş təhlükəsizlik xəfiyyəsinin arxivində İvananın atası, «xəbərçi» kimi – daha aşağı dərəcəli əməkdaşlar bu cür adlandırılırdı eyniyyətləşdirilmiş – Miloş Zelniçekin adına qovluq aşkarlayıb.
Tarixçi Tomaş Vilimek «Bild»lə söhbətdə bildirib: «Lakin bu, onun agent olduğunu bildirmir: Çexoslovakiya hökuməti onu danışığa girməyə məcbur edib, əks halda o, ABŞ-a öz qızının yanına uçmaq imkanından məhrum olardı».
O, 1979-cu il tarixli sənəddən sitat gətirir – sənədə görə, qızının atasına zəngi, ən azı, ildə bir dəfə dinlənilir, yazışmaları isə nəzarət altındaydı.
Gizli polis Trampın uşaqlarının babalarının yanına səfərini də izləyib.
Üç övladları olmuş (kiçik Tramp, İvanka və Erik) İvana və Donald Tramp 1992-ci ildə boşanıblar. Sonralar İtaliya mənşəli amerikalı Rikkardo Matssukelliyə və (sonradan boşandığı) Rossano Rubikondiyə ərə getmiş İvana bir neçə həftə əvvəl keçmiş ərinə onu ABŞ-ın Praqa səfiri vəzifəsinə qoymağı təklif edib. (Strateq.az)