vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
23:42 | 27 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2504 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qara qutu»nun cavabı

Tu-154-ün pilotlarının səhvi versiyası təsdiqlənir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qara dənizə düşən Tu-154 təyyarəsinin «qara qutu»sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Rusiyanın NTV telekanalı xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, «qara qutu»dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir. «Interfax» agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, Tu-154 təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, Tu-154 təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. (AzərTAc)