Generalların Bakı qarşılaşması
Tarixi Reykyavik görüşünün nəticələri təkrarlanacaqmı?
APA Analitik Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Bakıda tarixi görüş baş tutub. Nəticələr müsbət olarsa, ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşü öz mahiyyətinə görə Reykyavik görüşünə bərabər olacaq. «Buzlar ölkəsi»nin paytaxtında keçirilən görüş Vaşinqtonla Moskva arasında buzları dağıtmışdı, «Odlar yurdu»nda keçirilən görüş isə Vaşinqtonla Moskva arasında soyuq münasibətləri ən azı isitmiş olacaq.
Danford-Gerasimov görüşü ABŞ-Rusiya münasibətlərinin yenidən qurulmasında ən azı tramplin rolunu oynayacaq. Bəs görüş üçün niyə məkan olaraq Azərbaycan paytaxtı seçilib? Bu tarixi görüşə Bakının ev sahibliyi etməsini bir neçə kontekstdən dəyərləndirmək lazımdır:
Görüş üçün Bakının seçilməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ilə bağlıdır. Rəsmi açıqlamada qeyd olunduğu kimi Baş Qərargah rəislərinin Avropada görüşü Valeri Gerasimova tətbiq olunan sanksiyalar səbəbi ilə mümkün deyil, amerikalı general isə Moskva, yaxud Belarusa gəlməkdən imtina edib. Rusiyanın perimetri boyunca yerləşən digər postsovet respublikalarının Moskva ilə problemləri var, bu səbəbdən «generalların dueli»nin Kişinyov, Kiyev yaxud Tiflisdə keçirilməsi mümkün deyil. Görüşün Orta Asiya respublikalarında keçirilməsi neytral ərazi prinsipinin pozulması demək olardı, çünki bu ölkələrin Rusiya ilə son dərəcə yaxşı, ABŞ-la isə son dərəcə pis münasibətləri var. Neytral ərazi baxımından İrəvan variantı da istisna olunur, Ermənistan bir forpost ölkə kimi de-fakto Rusiya ərazisidir. Rusiyanın həmsərhəd olduğu ölkələr sırasında həm Moskva, həm Vaşinqtonla eyni dərəcədə münasibət qurmağı bacaran yeganə ölkə Azərbaycandır. Görüş üçün Bakının seçilməsinin əsas səbəblərindən biri budur.
Məkan olaraq Bakının seçilməsi həm də müzakirə olunana mövzularla bağlı ola bilər. Baş Qərargah rəislərinin görüşünün protokolu təbii ki, 50 ildən sonra məxfi arxivlər açıldıqda məlum olacaq. Amma iki ölkənin maraqlarının toqquşduğu konkret məsələlər, məkanlar və münaqişələr var. «Suriyamünaqişəsi müzakirə olunmayacaqsa, başqa nə müzakirə edilə bilər» məntiqi ilə çıxış etsək Danford və Gerasimovun Suriya konfliktinin nizamlanmasını müzakirə edəcəyi şəksizdir. Burada «Suriya münaqişəsi ilə Bakı seçimi arasında hansı bağlılıq var?» sualı meydana çıxır. Suala nizamlanma prosesində coğrafi məkan seçimi faktı ilə cavab vermək olar – son dövrlər Suriya münaqişəsinin nizamlanması prosesi postsovet respublikalarında və türk dövlətlərinin paytaxtlarında aparılır. Ankara, Astana, Bakı… Burada təsadüf amili varmı sualına cavablar fərqli ola bilər, amma siyasətdə, özəlliklə böyük siyasətdə təsadüf amili olmur.
Daha bir məqam. Tərəflərin Bakı seçimində Dağlıq Qarabağ münaqişəsi də rol oynaya bilər. ABŞ və Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bakı görüşündə təhlükəsizlik məsələləri kontekstində Qarabağ münaqişəsinin eskalasiyası riskinin müzakirəsi ehtimalı var. İstənilən halda münaqişənin nizamlanmasına dair müzakirələrin, həm də bir nömrəli hərbçilər səviyyəsində danışıqların İrəvanda deyil, Bakıda keçirilməsi bir mesajdır.
Bu dəyərləndirmələr ehtimallar üzərində qurulsa da, qlobal məkanda və regionda gedən proseslərin təhlilinə əsaslanır. İstənilən halda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünə məkan olaraq Bakının seçilməsində dəyişməyən, konkret obyektiv amil var. Bu amil, Azərbaycanın xarici siyasətdə yürütdüyü tarazlaşdırılmış siyasətdir. Nəzərə almaq lazımdır ki, rəsmi Bakının balanslaşdırılmış siyasəti dünyanın, eləcə də regionun təhlükəsizlik sisteminə ilk dəfə töhfə vermir. Təyyarə insidentindən sonra Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın (Qazaxıstanla birgə) oynadığı rol hər iki dövlətin rəhbərləri səviyyəsində etiraf olunub.
Bakı seçimi həm də hər iki supergücün Azərbaycan prezidentinə, onun yürütdüyü siyasətə münasibətinin nəticəsi sayılır. Tolerantlığı, multikulturalizmə ən yüksək səviyyədə dəyər verilməsini ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərinə çevirən prezident İlham Əliyev bununla beynəlxalq ictimaiyyətin etimadını qazanmış olub. Bu cür mühüm görüşlərin keçirilməsində ölkənin imici ilə yanaşı, ölkə rəhbərinin keyfiyyətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, bir çox münaqişələrin nizamlanmasında vasitəçilik rolunu məhz dövlət başçıları edirlər və münaqişə tərəfləri məhz etimad göstərdikləri, dəyər verdikləri rəhbərin vasitəçilik təklifinə müsbət cavab verirlər. Maraqları daban-dabana zidd olan iki gücün – ABŞ və Rusiyanın dialoq masası kimi Azərbaycanı seçməsində bu amil sözsüz ki mühüm rol oynayıb.
Digər tərəfdən generalların Bakı görüşü ölkənin xarici siyasət kursu ilə bağlı yanlış ictimai rəy formalaşdırmağa qüvvələrin əsas arqumentini darmadağın etmiş olur. ABŞ və Rusiyanın hərbi rəhbərliyinin ilk görüşünün Bakıda keçirilməsi onu göstərir ki, hər iki tərəf Azərbaycanın qarşı tərəfə münasibətini normal qəbul edir. Bu münasibətlər prezident İlham Əliyevin ölkənin xarici siyasətini çoxvektorlu formatda deyil, ikitərəfli qaydada qurmaq xəttinin bəhrəsi olaraq meydana çıxıb.