«Elə bil motosiklet idi...»
Qara dənizə düşən Rusiya təyyarəsini görən şahid danışdı
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bir ailədən dörd, digərindən iki nəfər
Musiqi qrupunun üzvləri təyyarə qəzasında ölüb
-
Daha bir təyyarə qəzası
Rusiya döyüş təyyarəsi qəzaya uğrayıb
-
Əziz həmvətənlər, siz niyə susursunuz?
Rus İcmasından Rusiya Müdafiə Nazirliyinin mülahizələrinə də münasibət bildirməyi gözləyirəm
-
Efiopiyada dəhşətli təyyarə qəzası
19-u BMT rəsmisi olmaqla 35 ölkədən 157 nəfər həlak olub
-
Generallar Bakıda razılığa gəldilər
NATO bəyanat yaydı
-
Generallar görüş yerini dəyişmir
Rusiya və ABŞ yüksək rütbəliləri kritik toplantını yenə Bakıda gerçəkləşdirdi
-
QRU-dan olan «nəzakətli» adam
Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən xüsusi təyinatlı olub
-
Yüz futbol meydançası boyda ərazini dağıdan «Tornado-S»
Rusiya Suriyada atom bombasından sonra ikinci ən dəhşətli silahı sınaqdan keçirib
-
«Erməni vəhşiliyinin bariz nümunəsi idi»
«Qarabağ həbsxanasında qanqrenalı azərbaycanlı zabiti görəndə huşumu itirdim...»
-
Satananın 16 başlı müasiri SARMAT
Rusiya «Texas və ya Fransa boyda ərazini dağıda bilən» raket düzəldir
-
Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir
HDQ-yə məxsus olacaq obyekt 2020-ci ildə başa çatacaq
-
Asapovu satıblar?!
Rus general Suriyada necə öldürülüb?
-
Hədəfdə Palmiradır
Rusiya İŞİD-ə qarşı kruiz raketləri atıb
-
«Niyə Azərbaycanı seçdilər?»
İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda
-
Generalların Bakı qarşılaşması
Tarixi Reykyavik görüşünün nəticələri təkrarlanacaqmı?
-
«Moskvada yaranan ümidlərə zərbə vurulub»
Sergey Şoyqu: «Biz Bakıda general Danforddan izahat gözləyəcəyik»
Rusiya Müdafiə Nazirliyinin ötən bazar günü Suriyaya uçarkən Qara dənizə düşən və 92 nəfərin ölümünə səbəb olan Tu-154 təyyarəsinin qara qutusunun dalğıclar tərəfindən aşkar edildiyi xəbər verilir.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin qara qutusunun aşkar edilməsi haqda hələlik rəsmi orqanlar şərh verməyib. Bununla belə TASS-ı məlumatlandıran mənbə deyib ki, təyyarənin qalıqlarının ilkin araşdırması və şahidlərin ifadələrinə əsasən Tu-154 laynerinin «mühərrikə kənar predmetin düşməsi nəticəsində» qəzaya uğraması versiyası önə keçib. Bununla belə mənbə pilot səhvi və texniki nasazlıq versiyalarının da araşdırıldığını bildirib.
Xatırladaq ki, təyyarənin sərnişinləri arasında Rusiya telekanallarının 9 əməkdaşı, Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi ansamblının 64 üzvü, o cümlədən ansamblın bədii rəhbəri general-leytenant Valeri Xəlilov, «Ədalətli yardım» xeyriyyə təşkilatının rəhbəri, Doktor Liza kimi tanınan Yelzaveta Qlinka və digər şəxslər olublar. Onlar Rusiyanı Suriyadakı Hmeymim aviabazasındakı hərbçiləri Yeni il münasibətilə təbrik etmək üçün gedirdi.
Xəbərlərə görə təyyarənin qəzaya uğradığı anı görən və hətta bu anların videosunu çəkən şahidlər var. Onlardan biri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Soçi sərhəd dəstəsinin sahil mühafizə xidmətinin hadisə vaxtı dənizdə patrul xidməti həyata keçirən əməkdaşıdır. Həmin əməkdaşın adı açıqlanmır, ancaq «Kommersant» onun qəzanı araşdıran komissiyaya verdiyi ifadəyə əsasən yazır ki, şahid təyyarənin Adler aeroportundan havaya qalxdıqdan sonra yüksəklik yığmaq əvəzinə sürətlə aşağı endiyini və bir neçə dəqiqə sonra dənizin səthi ilə toqquşub parçalandığını deyib.
Sərhədçinin dediyinə görə, Tu-154 təyyarəsinin havadakı vəziyyəti ona hətta eniş vəziyyəti üçün də qəribə gəlmişdi. Çünki təyyarənin burun hissəsi qeyri-normal vəziyyətdə yuxarı idi, sanki arxa təkərinin üstündə gedən motosikleti xatırladırdı. «Bir neçə an sonra təyyarə quyruq hissəsi ilə suyun səthinə toxundu və arxa hissəsi parçalandı, ardınca sürətlə suyun dibinə getdi» - şahid danışıb.
Aviasiya üzrə ekspertlər şahidin danışdıqlarına əsasən belə qənaətə gəliblər ki, qəza hər halda ekipajın səhvi ilə bağlıdır. Çünki pilotlar təyyarəni həddən artıq cəld qaldırmağa çalışıblar və nəticədə layner qanadların qaldırıcı qüvvəsinin azalması ilə yüksəklik itirməyə başlayıb. Bildirilir ki, 2006-cı ildə «Rossiya» aviaşirkətinin Tu-154M təyyarəsi Donetsk yaxınlığında analoji situasiya üzündən qəzaya uğramışdı.