vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
18:29 | 20 yanvar 2017 | Cümə Məqaləyə 2728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Ralli» sona çatır»

Soros Tramp, Avropa İttifaqı, Çin və qlobal maliyyə bazarları haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçkiöncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan «ralli» sona çatır».

Məşhur milyarder-investor Corc Soros (George Soros) bunu Davos Ümumdünya İqtisadi Forumu zamanı «Bloomberg» telekanalına müsahibəsində deyib.

Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.

«Soros Fund Management» investisiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: «Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq».

«Report»un analitik qrupu bildirir ki, ABŞ keçirilən son prezident seçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10 faizə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir.