Viza ləğvinin fəsadları
Savadlı kadrların getməsi gücümüzü, cinayətkarların gedişi isə imicimizi zəiflədəcək
Seyran ABBASZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır”
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
-
“Ukraynada müharibə gələn il bitə bilər”
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
-
Hətta prezident də qarşıdır
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
-
Siyasi böhran olacaqmı?
Avropa Parlamentinin kritik həftəsi başlayır
-
AP-də 10-cu qanunvericilik müddəti başlayıb
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
-
İfrat sağçıların ayaq səsləri
Avropa seçkilərində geri sayım başladı
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Ərini günahlandırdı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
-
Avropa İttifaqı qalmaqalı araşdırır
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Rüşvət qalmaqalı səngimir
600 min avro nağd pul, bahalı hədiyyələr ...
-
Türkiyə düşməni həbs olundu
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
«Eurasia Diary» «Qruzinform»un baş redaktoru Arno Xidirbeqişvilidən müsahibə götürüb. O, öz müsahibəsində Avropa Birliyi ilə vizasız rejimin tədbiq olunmasının Gürcüstan üçün nə demək olduğundan danışıb.
Xatırladaq ki, dünən Brüsseldəki plenar iclasda Avropa Parlamentinın deputatları Gürcüstan vətəndaşları üçün vizanın ləğv edilməsinin lehinə səs veriblər. İndi onlar 90 gün ərzində hər yarım ildən bir Şengen zonasına vizasız gedə biləcəklər.
Avropa ölkələrinə vizasız rejimin tətbiqinin ölkənin gələcəyinə necə təsir edəcəyi barədə sualına cavabında Arno Xidirbeqişvili bəzi maraqlı məqamlara toxunub. «Göstərilən müddətdən artıq qalmaq üçün əvvəlki qaydada hazırlanmış viza tələb olunacaq. Hətta bütün prosedurlar uğurla həyata keçirilsə, rejim qüvvəyə minsə belə hava limanının sərhəd keçid məntəqəsində bəzi sənədlər tələb olunacaq. Belə olduqda biz digər avropalılar kimi sadəcə vəsiqə göstərməklə sərhəd yoxlamasından keçə bilməyəcəyik. Gürcüstanın verdiyi biometrik vəsiqələr bizə kifayət etməyəcək. Bu halda otel sifarişi, qayıdış bileti və Avropada qalma müddətində kifayət qədər maddi vəsait (günə 25 avro) barədə bankdan çıxarış tələb ediləcək», - deyə o əlavə edib.
Vizasız rejimin mənfi tərəflərindən danışan ekspert Pribaltika ölkələrində olduğu kimi burda da ixtisaslaşmış işçi qüvvəsi axınının olacağından narahat olduğunu deyib. Bu halda biz zəif ixtisaslaşmış işçilərdən qazanacağıq. Və misal üçün hər hansı Avropa ölkəsində gürcü cinayətkar qrupu yaxalanarsa, bu imicin itirilməsinə səbəb ola bilər.
Məsələnin müsbət tərəflərindən biri budur ki, bu qərar Avropanı qaralayan Rusiya yönümlü düşüncə aradan qaldırılacaq.
«Avropaya həmişə yalnız viza problemini yaşamayan imkanlı gürcülər gedib. Yaşamaq uğrunda mübarizə aparan yerdə qalan Gürcüstanın 80 faiz əhalisini isə vizasız rejim maraqlandırmır», - deyə Arno Xidirbeqişvili qeyd edib.
O, Gürcüstana necə Ukraynadan daha öncə vizasız rejimin tətbiq olunması ilə bağlı sualı cavablandıraraq bildirib ki, hazırda Saakaşvilinin Cənubi Osetiyada başlamış olduğu müharibənin bənzərini Poroşenkonun da Donbasda aparır və müharibə olan ölkədə Avropanın vizasız rejimi tətbiq etməyəcək.
Gürcüstan KİV-də Rusiya ilə diplomatik əlaqələri bərpa etmə ehtimalı haqda suala cavabında Xidirbeqişvili deyib ki, bunun KİV-də hələ indi yer almasının özü qəribə hadisədir: «Belə ki, Gürcüstanın baş nazirinin Rusiyadakı təmsilçisi Zurab Abaşidzenin «İzvestiya» qəzetinə müsahibəsində bəzi fikirlər təhrif olunub. Əslində, o, bəzi şərtlər yerinə yetirilərsə diplomatik əlaqələrin bərpasının mümkün olduğunu demişdi. Həmin şərtlər hamıya bəllidir. Rusiya Abxaziya və Osetiyanın müstəqilliyini tanımaq fikrindən dönməyincə və oradan ordusunu çıxarmayınca diplomatik əlaqələrin bərpasından söhbət belə gedə bilməz. Rusiya isə dialoqa hazır olduğunu desə də Abxaziya və Cənubi Osetiyanın tanınmaması məsələsinə yenidən baxılmayacağını deyir.
Hazırki şərtlərdə diplomatik əlaqələrin bərpa edilməyəcək. Hətta yeni seçilmiş ABŞ prezidentinin Rusiya ilə münasibətləri yoluna qoyma siyasəti də Gürcüstan hakimiyyətinin öz mövqeyini dəyişməsinə təsir etməyəcək. Hakimiyyət bu gün, bir mövqe sabah isə fərqli mövqe nümayiş etdirməli deyil», - «Qruzinform»-un baş redaktoru bildirib.