Siyasi böhran olacaqmı?
Avropa Parlamentinin kritik həftəsi başlayır
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AP-də 10-cu qanunvericilik müddəti başlayıb
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
-
İfrat sağçıların ayaq səsləri
Avropa seçkilərində geri sayım başladı
-
Ərini günahlandırdı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
-
Avropa İttifaqı qalmaqalı araşdırır
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
-
Rüşvət qalmaqalı səngimir
600 min avro nağd pul, bahalı hədiyyələr ...
-
Türkiyə düşməni həbs olundu
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
-
Avropa Parlamentində İrana qarşı qətnamə
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
-
Avropa Parlamentindən Rusiyaya zərbə
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
-
«Minlərlə adam işsiz qalacaq»
Avropa İttifaqında dönəri qadağan edə bilərlər
-
Avropa Parlamentindən İrəvana daha bir zərbə
Erməni ekspert Sərkisyanı cəmiyyəti hərbiləşdirilmədə və hakimiyyəti bir mərkəzdən idarə etməsində günahlandırıb
-
XİN etiraz edir
«Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə hüquqi qüvvəyə malik deyil»
-
«Onlar bizi təmsil etmirlər»
Devid MakAlister Dağlıq Qarabağa səfər edən AP üzvləri barədə
-
«İrandakı prezident seçkiləri saxtadır»
Avropa Parlamentinin 150 deputatı birgə bəyanat yayıb
-
İnkişaf və əməkdaşlıq potensialı müzakirələri
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr oldu
-
ABŞ mətbuatı işğalçıdan yazdı
«The Hill» qəzetində Ermənistanın siyasətinə dair məqalə dərc olunub
-
«Qafqazda sülhün vaxtı çatıb»
Azərbaycan konsulu ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətindən yazdı
İfrat sağçı partiyanın səslərini əhəmiyyətli dərəcədə artırdığı seçkilərdən sonra Avropa Parlamenti (AP) bu gün yeni qanunvericilik müddətinə başlayır. Bu həftə AP öz prezidentini seçəcək və Avropa Komissiyasının sədrinə etimad səsverməsi keçirəcək. Ursula fon der Leyenin yenidən namizəd olduğu etimad səsverməsi üçün riyazi olaraq kifayət qədər təmsilçi dəstəyi olsa da, itkilərin də ola biləcəyi və xanım Leyenin seçilməməsi mümkündür.
Avropa Parlamentinin (AP) 10-cu qanunvericilik dövrünün başlayacağı bu həftə mühüm səsvermələrin keçiriləcəyi və Avropa İttifaqının (Aİ) 5 illik gələcəyi üçün mesajların veriləcəyi taleyüklü xarakter daşıyır.
İyunun 6-9-da 27 Avropa İttifaqına üzv ölkədə keçirilən seçkilərdən sonra bu gündən AP-də yeni qanunvericilik dövrü rəsmən başlayır.
Avropa İttifaqının bayrağı AP-nin hazırkı prezidenti Roberta Metsolanın rəhbərliyi ilə keçiriləcək mərasimdə Strasburqdakı AP binası üzərində qaldırılacaq.
Daha sonra 2019-2024-cü il millət vəkilləri Baş Assambleya zalında sonuncu dəfə bir araya gələrək xanım Metsoladan xidmət medallarını alacaqlar.
Yeni Baş Assambleya sabah ilk dəfə toplanacaq. Bakı vaxtilə saat 13:00-də başlayacaq iclasda 720 yeni deputat əvvəlcə AP-nin yeni prezidentini seçəcək.
Gizli səsvermə və mütləq səs çoxluğu ilə müəyyən ediləcək yeni prezident iki il altı ay müddətində bu vəzifəni icra edəcək.
Seçkilərdə ən böyük qrup olaraq ortaya çıxan Avropa Xalq Partiyasının (APP) namizədi Metsolanın yenidən seçiləcəyi gözlənilir.
Metsola 2022-ci ilin yanvarında qəflətən dünyasını dəyişən David Sassolinin yerinə AP prezidenti seçildi və bu vəzifəni tutan ən gənc şəxs oldu.
Prezident seçkilərindən sonra 14 vitse-prezidentin seçilməsi üçün səsvermə başlayacaq.
“Böyük gün” – 18 iyul
AP-də seçki həftəsinin ən mühüm günü iyulun 18-i olacaq, o zaman İttifaqın icra orqanı olan Komissiya sədrinə səsvermə keçiriləcək.
İyunun 27-28-də keçirilən Aİ sammitində liderlər Ursula fon der Leyenin növbəti müddətə Aİ Komissiyasının sədri vəzifəsinə namizədliyini irəli sürüblər.
Cümə axşamı günü səsvermədən əvvəl von der Leyen Bakı vaxtilə 12-00-da millət vəkillərinə müraciət edəcək və 5 illik dövr üçün prioritetlərini açıqlayacaq.
Səsvermə yerli vaxtla saat 14:00-da başlayacaq.
Bununla belə, səsverməyə sayılı günlər qalsa da, seçkinin nəticələrindən dərhal sonra siyasi qrupların dəstəyini qazanmaq üçün danışıqlara başlayan fon der Leyenin etimad səsi alıb-almayacağı bəlli deyil.
Von der Leyenin etimad səsverməsi, 2019-cu ildə olduğu kimi, onun öz qrupu olan EPP və sosialist (S&D) və liberal (Yeni Avropa) deputatların dəstəyi ilə mümkün ola bilər.
Hazırkı mandatların sayını nəzərə alsaq, ideal olaraq bu üç qrupun dəstəyi lazımi 361 səsi təmin edərdi, lakin səsvermənin gizli keçirilməsi suallar doğurur.
Bu 3 qrup ümumilikdə 401 yerə uyğun gəlsə də, keçmiş təcrübəyə əsaslansaq, bu deputatların ən azı 10 faizinin bunun əleyhinə səs verəcəyi, hətta bəzi deputatların səsvermədə iştirak etməyəcəyi düşünülür.
Çünki 2019-cu ildə fon der Leyen eyni alyans tərəfindən dəstəklənsə də, bəzi deputatların qrupdan ayrı qərarlar verməsi nəticəsində cəmi 9 səs fərqi ilə seçilmişdi.
Yaşıllar qrupunun dəstəyi fon der Leyen üçün öz mövqeyini təmin etmək üçün vacibdir. Əgər fon der Leyen Baş Assambleyaya müraciətində AB-nin iqlim hədəflərinin davamlılığı ilə bağlı qənaətbəxş mesajlar verərsə, Yaşılların blok olaraq bunu dəstəkləməsi gözlənilir.
Parlamentdə 53 yeri olan Yaşılların nümayəndəsi Simon Makkigni iyulun 12-də verdiyi açıqlamada bütün demokratik qrupların ifrat sağa qarşı birləşməli olduğunu iddia etsə də, fon der Leyenə dəstəklərinin hələ yekunlaşmadığını bildirib.
Sosialistlər və liberallar fon der Leyenin ən etibarlı tərəfdarlarıdır. Hər iki qrup hesab edir ki, ifrat sağın yüksəlişinin qarşısını almağın yeganə yolu fon der Leyenin böyük Aİ tərəfdarı ittifaqla yenidən seçilməkdir.
Buna baxmayaraq, sosialist qrupun nümayəndəsi Utta Tuttlies və liberal qrupun nümayəndəsi Klara De Melo danışıqların davam etdiyini və fon der Leyeni dəstəkləmələrinin “boş çek” olmadığını vurğuladılar.
Von der Leyenin öz sağ mərkəzçi EPP qrupu daxilində sol təmayüllü (sosialist-liberal-yaşıl) əvəzinə İtaliyanın baş naziri Giorgia Meloni başçılıq etdiyi sağ və ifrat sağçı qrupların daxil olduğu Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun (ECR) dəstəyini almasının lazım olduğunu düşünən qrup da mövcuddur.
Siyasi böhran qapıdadır
AP-də keçiriləcək səsvermədə mütləq səs çoxluğu əldə olunmasa, deputatlar Aİ Şurasına yeni namizəd irəli sürməyi xahiş edəcəklər.
Bir aylıq səyləri boşa çıxan Aİ liderləri bir ay ərzində yeni ad təklif etmək üçün yenidən danışıqlara başlayacaqlar.
Lakin bütün bunlar baş verərsə, Ukraynadakı müharibəni, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfəri ilə bağlı hazırkı gərgin atmosferi və Fransada seçkidən sonra yaranmış qarışıqlığı nəzərə alsaq, İttifaq siyasi böhrana sürüklənəcək.
Bütün bu narahatlıqlar fon der Leyeni qrup iclaslarından kənarda EPP, sosialist, liberal və yaşıl millət vəkilləri ilə bir saatlıq fərdi görüşlər keçirməyə məcbur edib.
Fon der Leyenin iyulun 18-də səhər Baş Assambleyaya müraciətində qərarsız deputatların tələblərinə nə dərəcədə cavab verəcəyi də maraq doğururur.
Ukrayna üçün xüsusi sessiya
Yeni qanunvericilik dövrünün ilk həftəsində AP Baş Assambleyası iki səs arasında Ukrayna ilə bağlı iclas keçirəcək.
Siyasi qrupların rəhbərlərinin çıxışlarından sonra, Bakı vaxtilə saat 20:00-da AP-nin yeni deputatları İttifaqın növbəti 5 illik müddətdə Ukraynaya dəstəyini təsdiq edən qətnamə layihəsinə səs verəcəklər.