«İkinci bir yolun çəkilməsi zərurətini də görmürük»
Gürcüstan Ermənistanın təklifini niyə qəbul etmədi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır”
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
-
“Ukraynada müharibə gələn il bitə bilər”
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
-
Hətta prezident də qarşıdır
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
-
İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı
GMİ şeyxi nələri etiraf etdi?
-
SEPAH üzvü ataşelər
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
-
Qafqazı 30 il dala salan aqressiya...
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
-
Zəngəzurun Gürcüstana xeyri ...
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
-
Haqq işimizin dəstəkçisi
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
-
Rəsmi Tiflisin Qərblə dərdi nədir?
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
-
Dəyərləndirmə gələn il olacaq
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
-
2.7 milyard funt-sterlinq “donub”
Bidzina İvanişviliyə qarşı sanksiya işə düşdü
-
Rusiyapərəst qüvvələr güclənib
Salome Zurabişvili məsuliyyətin hökumətin üzərinə düşdüyünü düşünür
-
Londondan Tiflisə 5 milyon funt sterlinq
Rusiyanın kiber hücumlarından qorumaq üçün ...
-
Haaqa separatçılarının həbsinə qərar verdi
Mindzayev, Quçmazov və David Sanokayev zorakılıqlarda ittiham olunur
Son günlər güclü qar yağması və yolların buz bağlaması Gürcüstandan Rusiyaya gedən yeganə quru yol Hərbi-Gürcüstan yolu kimi tanınan Yuxarı Lars (Stepançminda-Lars) yolunun bağlanmasına səbəb olub.
Ermənistan tərəfi yolun tez-tez bağlanmasından istifadə edərək Gürcüstanın milli maraqlarına zidd olan daha bir təklif irəli sürüb. Belə ki, Ermənistan tərəfi Yuxarı Lars yoluna alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsini təklif edib və bununla əlaqədar danışıqlara başlayıb.
Amma Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etməyib.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məsul işçisi İrakli Kobidze «Report»un Gürcüstan bürosuna müsahibəsində deyib ki, hökumət Yuxarı Lars yoluna alternativ yolun çəkilişi ilə bağlı məsələyə baxmağı planlaşdırmır: «Hazırda Gürcüstanı Rusiyaya birləşdirən yeganə Stepançminda-Lars avtomobil yolu var və hamı bu yoldan istifadə etməlidir. İkinci bir yolun çəkilməsi zərurətini də görmürük».
Onun sözlərinə görə, yolun çəkilişi təkcə maliyyə və infrastruktur baxımından deyil, ekoloji baxımdan da çox çətin məsələdir: «Gürcüstan hələlik Ermənistanın təklifinə konkret cavab verə bilmir. Çünki biz heç bilmirik hansı istiqamətdə yeni yol tikilə bilər. Bu o qədər də asan məsələ deyil. Heç yaxın gələcəkdə də bununla əlaqədar konkret nəsə demək mümkün deyil». (report)