Londonda terror
Böyük Britaniya qarışdı; maşınla bir neçə nəfəri əzərək polisə hücum edən terrorçu məhv edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
-
Cinsi zorakılıq fotoları kolleksiyaçısı
Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
-
“Qaydalar pozulub”
İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
Londonda ictimai nəqliyyat sisteminə kiberhücum
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
-
Uzaq mənzilli silahlardan istifadə gündəmdədir
ABŞ 700 milyon dollar, Britaniya 600 milyon funt-sterlinq yardım edəcək
-
8 milyard funtluq sərmayə
“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi
-
Şahzadə təqaüdlə dolanacaq?
Kral Çarlzın problem yaradan qardaşına səbri bitir
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində terror hadisəsi baş verib. Xarici KİV-lər xəbər verir ki, bir terrorist maşınla qarşısında olan hər kəsi əzərək keçib. Daha sonra həmin şəxs polisə bıçaqla hücum edib. Nəticədə onu 3 güllə ilə vuraraq öldürüblər.
«Report» RİA «Novosti»yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina mühasirəyə alınıb.
«İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir», - deyə «Sky News» telekanalının məlumatında bildirilir.
Hadisə olan ərazidə dükanlar bağlanıb. Həmçinin, London metrosunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Ötən il martın 21-də Belçikanın paytaxtı Brüsseldə bombalı terror aksiyası olmuşdu. Ekspertlər Londonda baş verən terrorla Brüssel terroru arasında əlaqənin olmasına diqqət çəkirlər.
***
Son məlumatlara əsasən, terrorçu əvvəl maşınla insanları əzərək keçib, daha sonra isə parlament binasına girməyə cəhd edib. Hadisə nəticəsində 11 nəfərin yaralandığı bildirilir və hazırda təcili yardım işçiləri yaralılara tibbi yardım edir. Terrorçunun millət vəkillərini hədəf aldığı ehtimal edilir. «Evronews» kanalının məlumatına görə, yaralı qadınlardan birinin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Digər yaralılardan da bəzilərinin həyati təhlükəsi davam edir. Onlardan 3-nün fransalı tələbələr olduğu bildirilib. Yaralıların arasında çox sayda polisin də olduğu deyilir.
***
Hadisə baş verən an Böyük Britaniyanın baş naziri Teresa Meyin də parlament binasında olduğu qeyd edilib. O, hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin köməkliyi ilə parlament binasından çıxarılıb. Deputatlar isə hələ də Parlamentdədir. Onlara ofislərindən çıxmamaq haqqında tapşırıq verilib.
London polisi hələ ki, terrorçunun kimliyi barədə açıqlama verməyib. Hadisə şahidlərinin sözlərinə görə isə terrorçu 40 yaşlarında, qara geyimdə olub və təxminən 20 sm-lik bıçaqla polisin üstünə yeriyərək polisi vurub və parlament binasının bağçasına girməyə çalışıb. Terrorçu polis tərəfində vurularaq öldürülüb. Hadisə vaxtı bəzi vətəndaşlar canlarını xilas etmək üçün özlərini çaya atıblar. Onlardan biri çaydan sağ olaraq çıxarılıb.
***
Mətbuata İlk rəsmi açıqlama verən London polisi hadisə barədə detallara varmayıb, yaralı və ölü sayı barədə dəqiq rəqəm və detal söyləməyib. Hadisəni terror olaraq dəyərləndirən London polisi turistlərə və şəhər sakinlərinə hadisə baş verən əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
ABŞ prezidenti London hadisələrini yaxından izlədiyini bildirib.
***
Hadisə şahidlərinin sözlərinə görə, ziq-zaq cızaraq piyadaları əzən avtomobildə iki terrorçu olub, onlardan biri iki polisi bıçaqla yaralayıb. Yaralanan polislərdən biri az əvvəl həyatını itirib. Polisin açdığı atəş nəticəsində bıçaqlı terrorçu öldürülüb, digər terrorçu isə hadisə yerindən qaçıb. Polislər ikinci terrorçunu tutmaq üçün əməliyyat keçirir.
Hadisə nəticəsində terrorçu, 1 polis və 1 qadın ölüb. 10-dan çox yaralının olduğu bildirilir.
Polis məmuru Mark Rovli hadisə barədə açıqlama verərək, araşdırmaların davam etdiyini və bir neçə gün davam edəcəyini bildirib. O, azı 20 nəfərin yaralandığını bildirib. «Parlament bağlanıb, terrorla mübarizə komandası fəaliyyətə keçib. Çətin bir istintaq olacaq. Ərazi tamamilə nəzarətdədir. Ona görə də, yaxın günlərdə hadisə baş verən yerdə polislərin sayı artırılacaq».