Ukraynada böyük təxribat
Diversantlar ən böyük silah-sursat anbarını partlatdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Martın 23-nə keçən gecə Ukraynanın Xarkov vilayətinin Balakley şəhərində hərbi sursat və silah anbarı partladılıb. Virtualaz.org xəbər verir ki, ölkənin ən iri silah-sursat anbarında baş vermiş yanğın və partlayışlar hələ də davam edir. Hadisə yerinə müdafiə nazirinin müavini İqor Pavlovskinin və Baş qərargahın zabitlərinin iştirakı ilə təcili komissiya gedib.
Yerli telekanallar bildirir ki, anbarda yanğın səhərə yaxın, saat 4 radələrində başlayıb. Ardınca hərbi sursatın detonasiyası baş verib və partlayışlar o qədər güclü olub ki hərbi bazanın bir neçə kilometrliyində yerləşən evlərdə salamat şüşə qalmayıb. Partlayışın dalğası ətraf şəhərlərdə və kəndlərdə hiss olunub, yanğının alovu onlarla kilometr uzaqdan görünür. Əhali yaxınlıqdakı yaşayış məntəqələrini tərk edir, yollarda böyük tıxaclar yaranıb. Balakleya sakinləri şəhərdə bütün evlərin pəncərələrinin sındığını deyir.
Ukrayna hərbi prokurorunun müavini Anatoli Matios bildirib ki, ilkin qənaətə görə yanğına və partlayışa diversiya səbəb olub. O, yanğının başladığı meydançada 125 və 152 millimetrlik tank və artilleriya mərmilərinin saxlanıldığını, ərazisi 368 hektar olan anbarda 138 min ton sursat olduğunu açıqlayıb. Hazırda hərbi bazanın ətrafında 7 kilometrlik təhlükəsizlik zonası yaradılıb. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə xüsusi texnika göndərilib.