vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
17:06 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1280 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SEPAH rəsmisi səfir göndərilib

İraqdakı terrorçulardan görəvli olan «terrorizmə qarşı birgə mübarizə» danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xarici əməliyyatlar üçün nəzərdə tutulmuş «Qüds» qanadının komandanı, Qasım Süleymaninin müşaviri İrəc Məscidi, İranın İraqda yeni səfiri vəzifəsinə təyin edilib.

Aprelin 19-da Bağdadda etimadnaməsini İraqın xarici işlər naziri İbrahim əl-Cəfəriyə təqdim edən İrəc Məscidi, onunla regionda baş verən olaylar, qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi, «terrorizmə qarşı birgə mübarizə» və digər məsələlər barədə danışıqlar aparıb.

35 il «Sepah»da fəaliyyət göstərən İrəc Məscidi, 8 il davam edən İran-İraq müharibəsi illərində «Sepah»ın «Ramazan» qərargahının komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Qasım Süleymaninin başçılıq etdiyi «Qüds» qüvvələri ilə İraqda yenicə yaradılmış «Həşdi əl Şəəbi» qüvvələri arasında yaxın əlaqələr var və İran, həmin qüvvələrə hər baxımdan, o cümlədən də hərbi və maddi baxımdan yardım edir.