vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
17:10 | 20 iyul 2024 | Şənbə Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Raketləri yumurtadan çox olan ölkə

Pezeşkianın prezidentliyindən kənarda dəyişən cəmiyyət və sabit rejim

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda isti yayı sərinlədən meh var. Gücün yuxarıdan tətbiq edildiyi və aşağıdan qutudan çıxanlarla rəngləndiyi İslam Respublikasında heç nə təsadüf deyil. Nə Vəliy-i Fakihin təcəssüm etdirdiyi vəhdət çətiri altındakı fundamentalist-mötədil ikilik, nə də xalqın dəyərlərə, ilahi qanuna xidmətdə olmasının qəbul edildiyi qanun ikiliyi təsadüf deyil.

Bəlkə də bu gün iranlıların ən çox ehtiyac duyduğu şey ürək cərrahı Məsud Pezeşkian kimi birinin prezident postunu tutmasıdır. Çünki fundamentalist hərəkat ölkəni regionun və dünyanın önəmli simalarının gözündə güclü mövqeyə və mühüm rola daşıyıb. O, ölkədə hərbi güc qurmaq və general Qulam Əli Rəşidin “bizi xaricdə qoruyan” ordular kimi təsvir etdiyi silahlanmaya diqqət yetirib: “Bizi xaricdə qoruyan yeddi ordu var. Bunlar Suriya ordusu, Həşd əl- Şaabi, Hizbullah, Həmas, İslami Cihad, Husilər və Zeynəbiyyun-Fatimiyyundur”, – deyib.

İranda raketlərin və pilotsuz uçuş aparatlarının istehsalı o qədər intensiv idi ki, onlar müqavimət oxundakı qruplara paylanaraq Ukraynadakı müharibə üçün Rusiyaya verildi. Sovet lideri Nikita Xruşşovun “kolbasa kimi” raketlər istehsal etmək vədi İslam Respublikası tərəfindən reallaşdı. Bununla belə, hərbi cəhətdən güclü olan və Qəzza müharibəsində “arenalar birliyi” strategiyasını həyata keçirən İran ən azı Əxlaq Polisi tərəfindən baş örtüyünün altından bir tutam saçının göründüyünü bəhanə gətirərək həbs edilən Mahsa Əmini adlı gənc qızın ölümündən sonra iqtisadi cəhətdən tükənib və sosial olaraq ilişib-qalıb. Əmininin ölümündən sonra qoyulan məhdudiyyətlərə etiraz olaraq “Qadınlar, həyat, azadlıq” şüarı ilə bütün bölgələrə yayılan nümayişlər şiddətlə qarşılanıb. Üstəlik, Tehranda bir cütlük Azadi Qülləsinin qarşısında rəqs edib və onlar “fəsad yaymaq, əxlaqsızlığa sövq etmək və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 10 il 10 ay həbs cəzasına məhkum ediliblər. Əslində Tehran Universitetinin siyasi elmlər üzrə eksperti Sadik Ziba Kalam “Niyə səni həbs etmirlər, bəs onda nə olacaq?” adlı yeni kitabını imzalamaq üçün kitab sərgisinə gedərkən polis tərəfindən həbs edilib”.

Bütün bunların səbəbi, İslam İnqilabının qabaqcıllarından olan İmam Xomeyninin konstitusiyada yalnız bir mətndə bu məsələdə görəvləndirdiyi İslam İnqilab Keşikçilərinin (SEPAH) əli ilə rejimin qorunub-möhkəmləndirilməsi və inqilabın regionda yayılmasında maraqlı olması idi. Hətta onun bəzi köməkçiləri insanların qiymətlərin baha olmasından şikayətləndiyini deyəndə o, “bu inqilab qarpızın qiyməti ilə məşğul olmaq üçün edilməyib” deyə cavab verib.

Hazırkı Ali Rəhbər Əli Xamenei də hesab edir ki, “rejimi aradan qaldırmaq cəhdləri sərvətlərlə dolu mühüm regionu Qərbin pəncəsindən uzaqlaşdıran İslam Respublikasının rolu ilə bağlıdır”. “İran həmişə öz xalqının gücündən qorxan və bunu seçkilərdə görən düşmənlərə cavab vermək üçün seçkilərdə yüksək seçici fəallığını tələb edir”. Bu səbəbdən də səs nisbətini artırmaq üçün heç kəsi qorxutmayan mötədil bir şəxs Məsud Pezeşkianın prezident seçkilərində prezidentliyə namizədliyinə icazə verilib. Nə Əli Laricani, nə də onun kimiləri Konstitusiyanın Mühafizə Şurasının təsdiqindən keçə bilmədi, lakin Pezeşkianın uğuru Xameneinin iki şəkildə istifadə edə biləcəyi sürpriz oldu. Birincisi, ali dini rəhbərin bu yaxınlarda İranın ən böyük problemi olduğunu etiraf etdiyi iqtisadiyyata diqqət yetirməkdir. İkincisi, xüsusilə qadınlara qoyulan məhdudiyyətləri yumşaltmaqla sosial gərginliyi azaltmaqdır. İndiki mərhələdə İran layihəsinə xidmət edən bu nəticənin “memarı”nın Xamenei olduğuna inananlar var.

Necə? Ali rəhbərə yaxın olan və iqtisadiyyatı daha da zəiflədəcək ideyalara sadiq olan rəqib fundamentalist namizəd Səid Cəlili hər şeydən əvvəl istənilən nüvə sazişinin əleyhinədir. İkincisi, o, sanksiyaların ləğvi üçün Qərblə danışıqlardan imtina edir və sanksiyalara İran üçün “zərurət və fayda” kimi baxır. Çünki sanksiyalara qarşı müqavimət “alternativ milli sənayenin yaradılmasına” töhfə verib və eyni zamanda, İrana qarşı mübarizəni genişləndirib. Pezeşkyanın proqramına iqtisadi sanksiyaları yumşaltmaq üçün Qərblə danışıqlar aparmaq daxildir və hesab edir ki, iqtisadi zəifliyin əsas səbəbi inzibati korrupsiya ilə yanaşı sanksiyalardır. Bazarda toyuq və yumurta olmadığı zaman ən çox raketə sahib olmanın nə mənası var? Sovet İttifaqının bir nüvə nəhəngi olması və onun yıxılmasına səbəb olması hər kəs üçün dərs olmadımı? Cəmiyyət niyə adi həyat məsələlərinə ciddi nəzarət olmadan nəfəs almasın?

Təbii ki, bu, SEPAH-ın və onun komandanı general Hüseyn Səlaminin məntiqi deyil. İnqilabı ixrac etməklə öyünən Səlami deyir: “Zaman ötdükcə inqilabın coğrafiyası genişlənir, düşmənlərin nəfəs məkanı daralır. Bizim qüvvələrimiz düşmənləri məğlub etmək elementinə çevrilmiş inqilabi ruhda güclərini artırmaqla qüvvələr balansını pozmağa cəhd etməyi öyrəniblər. Əl-Əqsa tufanı İsrailin erkən süqutunun ilk mərhələsidir”.

Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin etiraf etdiyi kimi, SEPAH-ın istədiyi və təkid etdiyi şey "Diplomatiyanın onların xidmətində işləməsidir”. Bu baxımdan Xamenei diqqət çəkən misal, mərhum şair Məhəmməd Təqi Baharın sevimli şeirindən aşağıdakı misralardır: “Mismar öz gücü və qətiyyəti ilə bəşəriyyətə örnək olmağa layiqdir. Nə vaxt başını əzməyə çalışırlar, o yerində qalır və sabitləşir”.

Bununla belə, Brukinqs İnstitutundan Susan Maloneyin fikrincə, İranın strategiyasının tərkib hissəsi olan xarici iğtişaşlar və böhranlardan istifadə etmək ölkə daxilində xaosun qarşısını almır. İran əsilli amerikalı ekspert Karim Sadjadpour hesab edir ki, “İran rejimi 43 ildə heç vaxt indiki qədər zəif görünməyib”. Qlobal Dəyişiklik İnstitutundan Kasra Arabi bildirir ki, “İranda əhval-ruhiyyə inqilabi xarakter daşıyır. Hakimiyyət etirazçıları yatıra bilər, lakin onlar inqilabi əhval-ruhiyyəni yox”.

Pezeşkianın prezidentliyi nə mənya gəlirsə gəlsin, iqtidar və güc dini rəhbərin əlindədir. Prezident Xameneinin çətiri altında çalışacağını bəyan etdiyi üçün, köklü dəyişiklik seçkinin nəticələrinə bağlı deyil. Bölünmə artıq “spiritualist mübariz elmi birlik” və "ruhani mübariz elmi birlik" arasındakı fərqlə simvollaşdırılmır. Qırx illik inqilabdan sonra hakimiyyəti və mollaları hüseyniyyələrdə deyil, dövlət idarələrində görəndən sonra cəmiyyət rejimdən ayrıldı. Ekspertlər deyirlər ki, cəmiyyət plüralist, dinamik və mürəkkəb, rejim isə birtərəfli, sərt və qarmaqarışıq. Tehran Times qəzetinin baş redaktoru Məhəmməd Sərfi deyir: “İslahatçı və mühafizəkar arasındakı fərq artıq reallığı əks etdirmir. Burada ironiya ondan ibarətdir ki, xalq rejimi dini diskursdan kənarda mövcud olduğu kimi anlamağa başlasa da, rejim və onun içindəki hərəkatlar xalqı anlaya bilmir.