Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
18:11 | 13 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 490 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
İranda iyulda keçirilən prezident seçkilərində qalib gələn islahatçı siyasətçi Məsud Pezeşkianın hazırladığı kabinet siyahısı Tehranda böhrana səbəb olub. Seçki prosesində Pezeşkiyanı dəstəklədiyini bəyan edən vitse-prezident və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif kabinetin formalaşmasında yaranan fikir ayrılıqlarına görə istefa edərkən, digər islahatçı simalar Pezeşkiana “sistemi davam etdirir” iddiası etiraz ediblər. Zərif sosial media hesabından verdiyi açıqlamada 19 nəfərlik kabinet siyahısında yalnız 3 nazir seçkilər zamanı yaradılan komitənin namizədi olduğunu açıqlayıb.
Siyahıdakı 10 nazirin ümumiyyətlə həmin siyahıda yer almadığını vurğulayan Zərif cinsi, yaş və etnik müxtəlifliyin yetərli olmamasından şikayətlənərək, bu şərtlər daxilində kampaniya zamanı verdiyi vədləri yerinə yetirməyin mümkün olmadığını bildirib.
Pezeşkian Xarici İşlər Nazirliyinə sabiq prezident Həsən Ruhaninin dövründə xarici işlər nazirinin müavini olmuş Abbas Arakçinin, Daxili işlər naziri postuna isə İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) keçmiş komandirlərindən briqada generalı İsgəndər Mumininin namizədliyini irəli sürüb. Mühafizəkarların üstünlük təşkil etdiyi parlamentdə bir həftəlik danışıqlardan sonra kabinet siyahısına etimad səsverməsinin keçiriləcəyi gözlənilir.
***
Yeni kabinetdə strateji yerlərin mühafizəkarlara verilməsi islahatçıların etirazına səbəb olub. İslahat Cəbhəsinin sədri Azər Mənsuri ötən gün verdiyi müsahibədə kabinetin onun gözləntilərindən uzaq olduğunu bildirib. Cəbhənin sözçüsü Cavad İmam, “əgər siyasət ordu və güc nümayəndələri tərəfindən idarə olunacaqsa və sistem daxilində siyasi fəallara qarşı ehtiyatlı yanaşma dəyişdirilməyəcəksə, seçkilərin keçirilməsinə, ölkəyə bu cür xərclər qoymağa, insanların, xüsusən də gənclərin emosiyaları ilə oynamağa nə ehtiyac var idi”, – deyə sual verib. Pezeşkian seçki prosesi zamanı islahatçı qanadın tam dəstəyini alıb. Seçki prosesində “ən mühafizəkar islahatçı” kimi qələmə verilən Pezeşkianın kabinet siyahısını hazırlayarkən SEPAH-ın həssaslığını nəzərə aldığı düşünülür.
***
Nazirlər Kabinetində diqqəti çəkən digər məqam isə cəmi bir qadın nazirin olması idi. Siyahıya 53 yaşlı memar və şəhərsalma üzrə mütəxəssis Fərzanə Sadiqinin adı yollar və şəhərsalma naziri kimi daxil edilib. Əgər parlamentdən təsdiq ala bilsə, Sadiqi 1979-cu il inqilabından sonra nazir postunu tutan ikinci qadın olacaq.