vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
00:55 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu dəfə də olmadı

Millimiz Norveçə məğlub oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə milli komandamız DÇ-2018 seçmə mərhələsi çərçivəsində növbəti oyununda səfərdə Norveç yığması ilə qarşılaşdı. Son turlarda ardıcıl üç məğlubiyyətə üzülən Robert Prosineçkinin çalışdırdığı komandamız uğursuzluq zolağından çıxmaq üçün Bakıda məğlub etdikləri bu rəqibdən Osloda da xal almağı hədəfləmişdilər.

Lakin təəssüf ki, futbolçularımız bu dəfə də məğlubiyyətlə üzləşib. İlk yarıda (32 dəqiqə) penalti qoluna üzülən komandamız fasilədən sonra (59-cu dəqiqə) Rəşad Sadıqovun avtoqolu sayəsində meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.


DÇ-2018-in seçmə mərhələsi

C qrupu

1 sentyabr


Norveç – Azərbaycan 2:0

Qol: C.Kinq, 32-pen. R.Sadıqov, 59-öz qapısına.

Sarı vərəqə: B.Hüseynov, 31; 90. D.Nazarov, 63.

Qırmızı vərəqə: B.Hüseynov, 90.

Hakimlər: Daniel Stefanski, Robert Marçin Bonek, David Qolis, Bartoş Frankovski (hamısı Polşa).

Oslo. «Ulleval» stadionu.


Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alisami, 3. Yorgen Skyelvik, 6. Havard Nordtveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen (k), 9. Aleksandr Sorlot (10. Tarik Elyunussi, 73), 11. Mohamed Elyunussi, 15. Sander Berge, 16. Yonas Svensson (14. Omar Elabdullaui, 89), 20. Mats Moller Dehli (23. Co İnge Berget, 81).

Ehtiyat oyunçular: 12. Sten Qritebust, 22. Andre Hansen, 4. Siqurd Rosted, 5. Qustav Valsvik, 13. Anders Trondsen, 17. Martin Linnes, 19. Byorn Yonsen, 21. Birger Melinq.

Baş məşqçi: Lars Lagerbek.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (19. Rahid Əmirquliyev, 81), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov (22. Əfran İsmayılov, 66), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 17. Mahir Mədətov (11. Ramil Şeydayev, 62), 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.