

Salmanın Ərdoğana qarşı çox gizli taktikası aşkarlandı
“Təhlükəsizliyin, sabitliyin və sülhün təminatında birgə əməkdaşlıq üçün …”
Tramp ilə Məhəmməd bin Salmanın müzakirə etdiyi mövzular dəyişmədi
ABŞ-ın Yaxın Şərqdə azalan nüfuzu Vaşinqtonu qorxudur
BƏƏ-nin Ermənistana sevgisi nə ilə bağlıdır?
Aciz hökumət Səudiyyə Ərəbistanından şübhələnir
ABŞ onun əliylə vəliəhd-şahzadəni yolundan döndərə biləcəkmi?
Ər-Riyadı Vaşinqtonda təmsil edəcək ilk qadın diplomat - Rima kimdir?
Bu vəziyyət ikinci ildir təkrar olunur
Səudiyyə şahzadəsindən Ruhaniyə cavab
Xaşuqcinin qətli ilə bağlı istintaqın rəyi açıqlandı
Vaşinqton Səudiyyə Ərəbistanına qarşı
İran təhlükəsinə qarşı ...
Kvotada da 200 nəfərlik artım var
Makronun təklifi neft qiymətlərinə təsir edib
Qara qızıl 4 il əvvəlki qiymətlərə qayıdır
Səudiyyə Ərəbistanının kralı çox ədalətsiz bir qərar qəbul edib: bir dəfə Həcc ziyarətində olanlar Məkkəyə ikinci dəfə zəvvar qismində gedə bilməyəcəklər. Yəni kral həzrətləri bundan sonra bir neçə qat «Hacı» olmaq istəyənlərin arzularını ürəklərində qoyub. Mən bu kişini adil bir padşah, cümlə müsəlmanların mənəvi atası, əhli islamın ağsaqqalı bilirdim. Heç gözləməzdim...! A kişi, bunu edirdinsə, əvvəlcədən belə edərdin də.
Mən heç Həcc ziyarətində olmamışam, gecə-gündüz yeməyib, içməyib pul yığırdım ki, müqəddəs məkanı ziyarət edim, işsizlik imkan vermədi. Güc-bəla ilə bir sponsor tapmışdım, uşaqlara bir kisə un, bir motal pendir və bir də onlardan halallıq almışdım ki, bu bəd xəbər gəldi. Deyərsiniz ki, sən ziyarətinə get, həmin qərarın sənə nə dəxli? Necə yəni nə dəxli? Tutaq ki, mən getdim ziyarətə, oldum hacı. Yəni bir qat hacı. Amma dostlarımın içində 3 qat, 4 qat, hətt 10-15 qat həcilər var. Bəs bu qərardan sonra dostlarıma necə çatım? Onlardan geri qalım? Onlar yas yerində, saunada, adını çəkə bilmədiyim başqa məkanlarda və çevrələrdə qürrələnəndə ki, «mən 5 qat həciyəm», «mən 8 dəfə müqəddəs məbədi ziyarət etmişəm», o zaman mən nə deyim?
Bundan başqa, tutaq ki, ziyarətə gedib-gələndən sonra birdən nəfsimin «tormoz»u tutmadı, sükanı əyildi sola, günaha batdım. Mən başıdaşlı bu günahı yumaqdan ötrü hara gedim? Xristian da deyiləm ki, gedim, Müqəddəs ata bağışlasın. Deyirəm, nə bəxtəvər məxluqlardır bu katoliklər. Nə qədər günah edirsən et, axırda get de ki, bəs padre, bir qələtdir eləmişəm, məni çevir rahib və rahibələrinin başına. Vəssalam!
Məni qınamayın, bu kral haqqında deyəndə ki, masonların, yəhudilərin adamıdır, inanmırdım. Belə məlum olur ki, deyilənlər doğru imiş. Yoxsa bu evi yıxılmamış şeyxül -kəbir durduğu yerdə niyə belə qərar versin? Dəli olmayıb ki, o qədər puldan imtina etsin? A camaat, bu kişinin saqqalı uzun, şalvarı gödək adamları məni qanıma qəltan etsə də, deyəcəyəm, bu adam kafirlərdən yanadır. Özü qəsdən belə edir ki, bizim kimi təmiz, əməli saleh müsəlmanlar padre həzrətlərinə üz tutsun və sayəmizdə əhli-islamın sayında azalma getsin.
Əzizlərim, yaxşı xaç suyuna çəkməyi bacaran keşiş tanıyan varsa, xahiş edirəm, telefonunu, yaxud ünvanını verin. Amma bir şərtlə ki, xaç qızıldan olmalı, su da filtirdən keçirilməlidir. Axı mən təmiz... hələlik, müsəlmanam.
Allah kral həzrətlərinə insaf versin! Hələ vaxt var...
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək