vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
16:51 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2893 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məyus olmaq olmaz

Güney türklərinin hüquqları demokratik cəmiyyətdən keçirmi?

Azər SARIOĞLU

İran coğrafiyası qaynama nöqtəsinə yaxınlaşmaqdadır. Bu coğrafiyadakı xalqların həmin qazandan alacaqları nəsib o qazanda necə qaynamalarına çox bağlıdır. Azərbaycan türkləri İran tarixinin müxtəlif dövrlərində baş vermiş qaynamaların tam mərkəzində dayanmış və nəticədə çoxmilyonlu bir xalq olsa da nəsibini almamış, əksinə köləliyə, tapdanmağa məhkum olunub. Zənnimizcə, İranda baş vermiş son etiraz aksiyalarında da Azərbaycan türklərinin nisbi passivlik nümayişinin bir səbəbi də həmin tarixi təcrübədən qaynaqlanan qorxudan doğur.

Haşiyə əvəzi tarixi ekskurs. 1905-11-ci il “Məşrutə hərəkatı” adlanan və İran tarixində bu gün də qızıl hərflərlə yazılan inqilab Azərbaycan türkləri ilə bağlıdır ki, həmin inqilabi prosesin başında təbrizli Səttərxan dayanırdı. 
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Azərbaycanın güneyi rus qoşunlarının işğalı altında idi. Dünyanı sarsıdan Fevral inqilabından sonra İranda da canlanma yarandı və 1917-ci il mayın 1-dən Təbrizdə mitinq və nümayişlər keçirilməyə başlamışdı.
1920-ci il aprelin 7-də isə Təbrizdə üsyan başlandı və qalib gəldi. Şeyx Məhəmməd Xiyabaninin başında olduğu üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara malik Milli Hökumət yaratdı. Azadistan Respublikası elan olundu. Tehranda Böyük Britaniya nümayəndəliyinin dəstəyi ilə sentyabrın 11-də Təbrizə qəfıl hücum təşkil edildi və 4 günlük mübarizədən sonra azad respublika ingilis-fars ittifaqı tərəfindən devrildi.
İkinci dünya müharibəsi Böyük Britaniya silahlı qüvvələri ilə Sovetlər Birliyi hərbi hissələrinin İran ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə Rza şah istibdad rejiminin süqutu ilə nəticələndi. Xarici müdaxilə və Şah rejiminin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Proses müxtəlif bölgələrdə fərqli formalarda təzahür etdi. Güney Azərbaycanda isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Milli Hökumət imperialist qüvvələrin sazişi nəticəsində çox az yaşadı. 
1979-cu il İran İslam İnqilabından bəhs edilərkən bir çox tarixçilər əslində inqilabın Təbrizdən başlanıldığını görməzdən gəlirlər. Həmin il fevralın 18-də (29 bəhməndə) Təbrizdə Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin çağırışı ilə əhali üsyana qalxdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də davam etdi.
Yenə həmin xalq-islam inqilabı tərəfindən milli hüquqlarının təmin ediləcəyi vədi ilə aldadılan və İran İslam inqilabının əsas iştirakçısı olan Azərbaycan türkləri bu gün də mübarizə aparır. Yüzlərlə mübariz insanı zindanlarda işgəncələrə məruz qalır, öldürülür, ölkədən qovulur və bu mübarizə yenə də Qərbi qane etmir. Çünki dinc mübarizə Qərbin maraqlarına cavab vermir. Qərbə qan tökülməsi, qanla müşayiət olunan qalibiyyət lazımdır ki, bu cinayətin üzərindən öz maraqları üçün istifadə etsin. Lakin tarixi təcrübə göstərir ki, bizim qanımız Qərb üçün öz maraqlarını təmin etmək üçün müvəqqəti istifadədən ötrü lazımdır. Nəticədə Azərbaycan türkü adlı kimlik onların vecinə də deyil. 
Keçilən acı tarixi təcrübə, yəni Qərbin namərdliyi İran coğrafiyasındakı azərbaycanlılarda inamsızlıq yaradıb. Lakin hesab edirəm ki, İİR ərazisindəki türklər məyus olmamalıdır. İndiki durum nisbətən fərqlidir. Hazırda planlaşdırılan dəyişiklik nəticəsində İrandakı türklərə müstəqillik, birləşmə, hətta mədəni muxtariyyət vəd edilməsə belə, demokratik bir cəmiyyətin qurulması bəs edir. Çünki demokratik cəmiyyətlərdə mübarizə daha asan olur. Ona görə də hesab edirəm ki, yaxın hədəfimiz İran coğrafiyasında demokratiyanın bərqərar olmasıdır. Güneyli soydaşlarımız İrandakı son etiraz aksiyalarına dəstək verməli və demokratik rejim uğrunda mübarizə aparmalıdırlar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)