vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
23:22 | 23 mart 2017 | Cümə axşamı Məqaləyə 472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beş min eşşək hara getdi?

Söhbət dördayaqlılardan gedir, yoxsa ikiayaqlılardan...

Azər SARIOĞLU

«Qara xəbər tez duyulur» deyilir. Məmləkət eşşəklərinin yoxa çıxması xəbəri kor xəncər kimi ürəyimizə saplandı, bayramımızı qara gətirmiş kimi oldu, isti aşımızı soyuq etdi. Bu qədər problemin, dərdin-sərin içində eşşəklərin qeyb olması yaman pis təsir etdi. Necə yəni yoxa çıxıb? Bu eşşək bəyəm vəsaitidir ki, silinə? Yaxud rüşvətdir ki, verilə, alan boyun almaya? Ya da «kupça»sız evdirmi ki, sökələr, sonradan deyələr ki, dibindən olmayıb və ya dövlət xəstəxanasında həkimə verilən puldur ki, qəbz verilməyə və hesab-kitaba girməyə? Axı necə olur?

Yenə ötən əsrin sonları olsa idi, deyərdilər ki, gecəynən İrana keçirib satıblar. Axı indi elə şeylər olmur. Eşşəyin dördayaqlısı öləndə kolbasa sexinə verib halallıq alırlar. Dirisinin də dişisi kənd yerlərində ən müxtəlif təyinatlarla istifadə olunur, erkəyi də eşşək gəlib eşşək də gedir. Ancaq söhbət dördayaqlıdan getmir axı. Nainsaflar itənin hansı kateqoriyadan olan eşşəklərin itməsi barədə açıqlama vermirlər. Bilinmir ki, itən eşşəklər neçə ayaqlıdır. Adam bilmir ki, hansının dərdini çəksin? Yenə deyirəm, söhbət dördayaqlılardan getsə, adam yenə toxtayar ki, toylarda, stolu 30-40 manata sırınan 30 cür soyuq qəlyanaltıların arasında kolbasa, vetçina kimi qabağımıza qoyulacaq. Təki elə olsun. Yox, söhbət ikiayaqlılardan gedirsə, bu, tamam başqa söhbətdir. Ya ölkədə epidemiya var, ya da müharibə gedir, xəbərimiz yoxdur.

Allah sevərsiniz, doğru-düzgün məlumat verin! Bu eşşəklər hara yoxa çıxdı? Əslində mediamızı izləyəndə, cəmiyyətin eşşək azlığından əziyyət çəkdiyini də görmürsən. Maşallah-nəmxuda, nə qədər desək, uzunqulaq adını layiqincə daşıyan həmcinslərimiz var. Ona görə də bu xəbəri təəccüblə qarşıladım. Bu xəbərdə nəsə bir fırıldaq var.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)