vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
17:20 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belələrinin adı bəllidir

Rusbaşlar, İranbaşlar...

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yenə rusbaşlar sosial şəbəkələrdə, kulislərdə Türkiyə əleyhinə «gül» ağızlarını açıblar. Əsas arqumentləri də budur ki, Atatürk Xalq Cümhuriyyətini satıb. Lenin və Atatürk arasındakı yazışmaları, onların ünvana çatma və işğalın gerçəkləşmə tarixini, Atatürkün nitqlərini və digər sənədləri kənara qoyub deyirəm ki, lap tutaq, elədir. Elə isə bu suallara cavab verin:

1. Cümhuriyyətin süqutunun əsas baiskarı Rusiyanı sevib «yardımçı» Türkiyəni günahlandırmaqda məntiqin payı nə qədərdir?

2. Atatürkün iki seçimi olub: Ya Rusiyadan dəstək alıb ayaqda qalır, ya da köməkdən imtina edir və nəticədə həm Türkiyə, həm də Azərbaycan məhv olur. Əgər ikinci variant olsaydı, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycana hərtərəfli beynəlxalq dəstək nümayiş etdirən Türkiyə də olmayacaqdı. O zaman iki qardaş dövlətdən birinin süqutunda, digərinin yaranmamış rüşeym halındaca məhv edilməsində nə fayda ola bilərdi?

Rusiyanı Türkiyədən daha çox sevə bilərsiniz. Hər kəs öz seçimində azaddır. Ancaq demək ki, bu sevginin səbəbi Rusiyanın bəşəriyyətə bəxş etdiyi dahilər və Azərbaycanda yetişən ziyalılardır, bu, məncə yanlış yanaşmadır. 

1. 1813-cü ildən 1990-cı ilədək Rusiyanın Azərbaycandakı talanlarından, qırğınlarından xəbəriniz varmı? Təkcə 1920-ci ilin 28 aprel işğalından sonra Bakıda və digər əyalətlərdə hansı müsibətlər törətdiklərini bilirsinizmi?

2. 1905 və 1918-ci ildə müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən soyqırımlarının Rusiya (fərqi yoxdur, rus, yaxud bolşevik) göstərişi və himayəsi ilə həyata keçirilməsi barədə məlumatlısınızmı?

3. 1920-30-cu illərdə nə qədər ziyalının güllələndiyindən, sürgünlərdə məhv edildiyi barədə bilginiz varmı?

Təbii ki, yeni heç nə yazmıram. Bu sualların cavabı çox yazılıb və deyilib, həm də çoxdan. Ancaq rusbaşlar məncə oxumayıblar. Çünki ağlı başında olan adam mənsub olduğu xalqın başına müsibətlər gətirən bir dövləti sevməz və öz dövlətinə dəstək duran ölkəni və dövləti sevər. 

P.S.: Qeyd edim ki, rus xalqına qarşı heç bir antipatiyam yoxdur və hətta bəzi hallarda məhəbbətim də var. Bundan əlavə, «rusbaş» deyərkən, rusdilliləri nəzərdə tutmuram. Azərbaycan tarixində rusca təhsil alıb vətənə, millətə misilsiz xidmətlər göstərmiş yüzlərlə ziyalı, ictimai, siyasi xadim olub və bu gün də var. 

P.P.S.: Türkiyə əleyhdarları arasında İranbaşlar da var. Arqumentlərinin əksəriyyəti də böhtandan və tarixi faktların saxtalaşdırılmasından ibarətdir. Məsələn, deyirlər ki, Xocalı soyqırımını Vəli Küçük paşa törədib. Fakt ortada, günahkar ortada. Hətta soyqırımın ideoloji müəllifi Zori Balayan həmin cinayətləri yazılı etiraf edir və bu etiraflardan ibarət kitab nəşr etdirir. Ancaq bunlar soyıqırımın törədilməsində Türkiyəni ittiham edirlər. Məncə, şərhə ehtiyac yoxdur. Belələrinin adı bəllidir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)