vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
18:45 | 5 iyul 2016 | Çərşənbə axşamı Məqaləyə 534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ehsan

«A kişi belə zülm, belə dərd olar?»

Azər SARIOĞLU

Məşhur aclıq edənlərdən biri redaksiyada tortla çay içirdi. Uşaqlar soruşanda ki, bu necə aclıqdır? Cavab verirdi ki, çay içirəm də, yemək yemirəm ki. İndi onun sözü olmasın, qonşum deyir ki, orucluq bitsəydi, dincələrdim, əlavə «rosxod»dan canım qurtarardı. Soruşuram nə əlavə xərci? Cavab verir ki, soruşma qardaş, hər ramazan mənə qanı qiymətinə başa gəlir. Qayınanam iftara və imsağa ancaq bozbaş yeyir. Hər sabah qoyun bozbaşı, axşam kənd beçəsinin bozbaşı. Arada bir səbzi plov. Xurma, qoz ləpəsi ən yaxşısından. Meyvə də elə. Zalım qızı bazarlığa mənimlə özü də gedir. Harada bahalı şey var, barmağını ona uzadır. Hələ nəzir etdiyi iftar məclislərini demirəm. İçməyə də «Donat»dı, nədir, o sudan aldırır ki, arıqlasın. Qardaş, deməli deyil.

Əslində qonşumun qayınanası yaxşı arvaddır. Çox ailəcanlı, qonum-qonşunun xeyrinə-şərinə yarayan. Bayaq dedim, ailəsini, uşaqlarını çox sevir. Ancaq ona ilk və hələ ki, yeganə olan oğlan nəvəsi bəxş etmiş ortancıl kürəkənini, yəni mənim qonşumu bir ayrı istəyir. O biri kürəkənlər, yəni bacanaqlar də qonşumu kişi saymasalar da heç vecinə də almır. Hədiyyələr, cürbəcür şirniyyatlarla arvadın qılığına girməyi bacarır. Arvad da «Ərdə olduğum üç kişidən biri mənə oğul vermədi. Ancaq erkək kürəkənim verdi» deyərək qonşumu hər yerdə öyür. Bir əli də onun üstündədir. Altına maşın, cibinə pul qoyub. Qayınananın sayəsində özü demiş, əli çörəyə çatıb, vəzifə sahibi olub. Arvad indi də onu nəzərindən qoymur. Harada güclü molla, baxıcı eşidir, tez özünü yetirir ora. Bir dua oğlan nəvəyə, birini də atasına yazdırıb qayıdır geri. Qonşunun xanımı bizim xanıma deyirmiş ki, oğlu ilə ərinin pencəyinin astarı, yastığının içi dua ilə doludur. Belə qayınanadan kim inciyər? Hələ orucluq ayında oğlan nəvəsi və onun valideynlərinin salamatlığı üçün oruc tutar, ehsan da verir.

Di gəl arvadın bəzi hərəkətləri qonşuma ağlr gəlir.

«Bu orucluqla məhərrəmlik mənim anamı ağladır. A kişi belə zülm, belə dərd olar?» Soruşanda ki, məhərrəmlikdə nə üçün, sözümü ağzımda qoydu. Adamı od götürdü: 

- Bu Şümürün, Yezidin lap gorunu... Onlar imamlarımızı qırmasaydı, mən də hər məhərrəmlik 12 imamın adına ehsan verib bu qədər ziyana düşməzdim.

- 12 niyə? Axı imamların hamısı Kərbəlada şəhid olmayıb.

- Yəni demək istəyirsən hamısı Məhərrəmlikdə ölməyiblər. Bəs neçəsi ölüb?

- Haradasa ikisi, ya üçü.

Başımı əyərək bir-iki kəlmə də dini-maarifləndirici söhbət etmək istəyirdim ki, qonşumun «Ayə, Allah köməyin olsun» deyərək evə tərəf qaçaraq getdiyini gördüm.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)