vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
22:03 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhkum Qərbə

O boyda Avropada saysız universitet var, ancaq bir dənə də olsun, sanballı ziyarətgah yoxdur

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yazıma böyük ərəb mütəfəkkiri, dünyanın ən böyük elm mükafatı - əl nobat mükafatı laureatı Maqtum ibn Qare bin Ələmdar əl Qissənin «Demokratiya gerilikçiliyin əsas səbəbidir» sözləri ilə başlamaq istəyirəm. Hədis-e-qüdsiyə bərabər olan bu mübarək fikrin deyilməsindən 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də aktuallığını saxlayır.

Bəli, Qərb gözümüzün qarşısında çökür, kafiristan Avropa və Amerikanın dinsiz, münafiq əhalisi zəbun olmaq üzrə. Zavallıların gələcəyi qaranlıqdır. Bu səviyyəsiz, hələ millət kimi formalaşa bilməyən, əksəriyyətində qəbilə-tayfa münasibətlərinin hökmran olduğu vəhşi Qərb cəmiyyətlərinin çöküşünün sosial-siyasi, iqtisadi-mədəni səbəblərini araşdırarkən bütün yollar bir yerə gətirib çıxardı: əsl səbəb demokratik siyasi quruluş imiş.

Qərbi kənara qoyuram. Görün, demokratiya Yaxın Şərqin yeganə demokratik ölkəsi olan İsraili nə günə qoymuşdur? Səudiyyə, İordaniya kimi elm və təhsil mərkəzləri, dünyaya yüzlərcə elm xadimi, şahmatçı və siyasi xadim bəxş etmiş Livan, Suriya hara, demokratiyanın bərqərar olduğu İsrail hara? Yazıq yəhudilər, ha qaçırlar, elmi-texniki tərəqqiyə görə ərəb-müsəlman dünyasına çata bilmirlər. Necə çatsınlar? Demokratiya imkan verir ki? 70 ildir dövlət qurublar, hələ də həkimi, mühəndisi, pilotları və digər savadlı kadrları xaricdən dəvət edirlər. İsraildə yaşayan yəhudi kişilər digər Qərb ölkələrinə səpələnərək taksi sürücülüyü edir, təmizlik işləri ilə məşğul olur ki, ailələrinə bir qarın çörəkpulu göndərsinlər. Səhiyyə xidməti də sıfır səviyyəsində. Əksəriyyət kasıbçılıqdan həkimə gedə bilmir və qırılır. Yalnız yəhudi aşirətlərinin varlı şeyxləri qonşu Misirə, İordaniyaya və Suriyaya gedərək müalicə oluna bilirlər.

Gələk demokratik Qərbə. O Qərb ki, adını «elm» qoyub boş, mənasız ixtiralar və kəşflərə milyonlar xərcləyir. O boyda Avropada saysız universitet var, ancaq bir dənə də olsun, sanballı ziyarətgah yoxdur. Düzgün adam olsaydılar, Qurban Olduğum Kəbəni Səudiyyəyə yox, Avropa ölkələrindən birinə salardı.

Bu kafirlər «təhsil» adı altında xalqın balalarını yolundan azdırırlar. Cavan-cavan uşaqlar bu məktəbləri oxuyandan sonra əlinə silah alıb xristian cihadçılarına qoşulur. Ancaq içərilərində ağıllıları da var. Demokratik Qərb cəmiyyətinin müsəlman Şərqindən fərqli olaraq iflasa məhkumluğunu görüb demokratiyanın doğurduğu müharibələrdən, səfalətdən, aclıqdan başlarını götürüb ərəb ölkələrinə üz tuturlar.

Ancaq ABŞ-da camaat ayılıb, səhv etdiklərini başa düşür, gec də olsa, tövbə edərək haqq yoluna qayıdırlar. Dünya şöhrətli mediaholdinq «Voice of əs Səudiyah»ın yaydığı səhih xəbərlərə əsasən, artıq sürətlə müsəlmanlaşan ABŞ əhalisi Quantanamoda saxlanılan minlərlə günahsız terrorçunun azad olunmasını, onlardan müsadirə olunmuş silahların qaytarılmasını tələb edirlər.

Demokratik Qərbin zibilləri bununla bitmir. Araşdırma nəticəsində belə nəticəyə gəlmişəm ki, ermənilərin torpaqlarımızın 20 faizini işğal etməsinin, «DQR»in yaradılmasının, 20 yanvar və Xocalı faciələrinin də əsl səbəbkarı demokratik Qərb imiş. Qarabağda bizə qarşı vuruşan muzdlular da müsəlman Suriyasında yox, demokratik Qərb dövlətlərində təlim keçiblərmiş.

P.S. Bu yazı müsəlman Şərqini ideallaşdıranlara və bütün günahları Qərb demokratiyasında görən dostlara dəstək vermək üçün yazılıb. Ancaq mən müsəlman Şərqinin də tam ideallaşdırılmasının əleyhinəyəm. Yaxın və Orta Şərq coğrafiyasına aid ölkələrdə də qanunsuzluqlar, ədalətsizliklər, korrupsiya, gerilikçilik var və bu məsələlər barədə də yazılarım mediada dərc olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)