vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
00:52 | 14 iyun 2014 | Şənbə Məqaləyə 723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İşsizliyin yaratdığı «nisyələr»»

Dörd ağır seyidin cəddinə - hərəsinə 50 manat nəzir

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə davam etsə, işsizlik mənə baha başa gələcək. Özüm bir o qədər də xərcə düşməsəm də, atamgilin xeyli borcu yaranıb. Mənim iş, daha doğrusu vəzifə tapmağım üçün anam iki qoyun qurbanı, rayondakı müqəddəs ocaqlardan üçünə, dörd ağır seyidin cəddinə-hərəsinə 50 manat olmaqla nəzir deyib.

Ola bilsin ki, atamın da ürəyində tutduğu niyyəti var. Amma kişi qüruruna sığışdırıb dilinə gətirmir. Özü birüzə verməsə də, çox narahat olduğunu bilirəm. Anam xanımıma sirr verib ki, hətta kişinin iki dəfə ürəyi tutub. Özünə dərd eləyir ki, onun fərsiz oğlu niyə gül kimi dövlət postunu qoyub Türkiyəyə getdi. Oradan da əli ətəyindən uzun qayıdıb gəldi. Bizim tərəflərin ataları belədir. Oğullarını nə qədər tənqid, təhqir etsələr də, onları sevirlər. Uğurlarına sevinir, vəzifələri ilə qürrələnirlər. Amma mən heyf ki, valideynlərimi, əsasən də atamı bu zövqdən məhrum etmişəm. Onların da işi-gücü gecə-gündüz Allaha yalvarıb mənə əvvəlcə can sağlığı, sonra vəzifə istəməkdir.

Anam Allahdan başqa qonşuluqdakı molla Ayfon Ələmdara da pənah aparıb, dua yazdırıb. Amma duanın pulunu nəzirlərdən fərqli olaraq nağd edib. Ayfon Ələmdarın arvadı Fəridə xalaya bir 20-lik verib ki, mənim tezliklə vəzifəyə getməyim üçün ürəklərə insaf salan, daş qəlbləri əridən, yolları, bağlı qapıları açan güclü bir dua yazsın…

Ayfon Ələmdar nəinki məhəlləmizdə, rayonumuzda da çox hörmətli din xadimlərindəndir. Məclislərdə «Yasin» surəsini «İphone 5s» telefonundan oxuduğundan, məhəllə uşaqları ona «ayfon» ayaması veriblər. Molla Ələmdar çönüb olub Ayfon Ələmdar. Ayfon Ələmdarın informasiya texnologiyalarından, mobilə rabitə yeniliklərindən baş çıxarması başqa mollaların bazarını əməllicə zəiflədib.

Məsələn, rayonumuzdakı dindar cavanlar «solçuluq» etmək istəyəndə, Ələmdara zəng edib məqsədlərini deyirlər. Molla da onların günaha batmamasından ötrü 10 manatlıq kontur müqabilində siğənin mətnini ya SMS-lə onların telefonuna göndərir, ya da «odnokllassniki.ru»dakı profilindən ismarıcla sifarişçilərin «inbox»una atır. Xəbərdarlıq da edir ki, bu, birdəfəlik istifadə üçündür. İkinci dəfədən ötrü hökmən molladan halallıq alınmalıdır. 10 manatlıq konturunu ver, halallığını al. Arada bir tanış adamlara və 60 yaşdan yuxarı imkansız ağsaqqallara endirim də edir.

Amma belə getsə, yəni mənim işsizliyim davam etsə, qorxuram Ayfon həzrətləri tamam nüfuzdan düşə. Çünki 3 aydır mollanın duası müstəcəb olmur. Anam da duanın niyə təsir etmədiyini soruşanda, mollanın arvadı cavab verib ki, yəqin oğlun inanmadığı üçün duanın təsiri yerimir. Ələmdarın özü isə atama deyib ki, Allah sizin səbrinizi imtahana çəkir.

Mən o duanı Allahın sizə güc verməsindən, səbir atından düşməmənizdən ötrü yazmışam. Söhbəti fırlatması bizimkilərdə mollanın fırıldaqçı olması barədə ciddi şübhələr oyadıb. Valideynlərim sülh adamları olduqlarından nə Ələmdarın, nə də arvadının üzünə heç nə vurmurlar. Həm də açığı Ələmdarın seyid qızı olan arvadının babasının cəddindən, uşaqlarının nəfsindən qorxurlar. Axı hər cümə axşamı uşaqlara da seyidlik verilir.

Anamın isə nisyələri, yəni nəzirləri gündən-günə artır. Atamı fikir götürüb ki, mən vəzifəyə getsəm, ayda 400 manatlıq gəlir, 200 manatlıq kreditlə bu qədər nəzir-niyazı necə verəcək. Hərdən anama nəzir vədlərini dayandırması barədə tapşırıq vermək istəyib. Amma heç nə deməyib, qorxub ki, seyidlərə, pirlərə acıq gedər və mən vəzifə üzünə birdəfəlik həsrət qalaram.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)