İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:55 | 1 sentyabr 2022 | Cümə axşamı
Məqaləyə 6948 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Qum şəhərinin dini mərkəzinin orqanı olan “Hozə” saytının avqustun 31-də verdiyi məlumata görə, bu şəhərdə iki axund vətəndaşların hücumuna məruz qalıb.
Qum şəhərindəki məscidlərdən birinin axundu deyib ki, o və eyni şəhərdə başqa bir məscidin imamı iki nəfər tərəfindən dəmir boru ilə döyülüblər.
Bununla bağlı o, mətbuata açıqlamasında iddia edib ki, hücum edənlər hər iki mollanı “öldürmək” istəsələr də, onun qışqırıqları və insanların toplaşması ilə hadisə yerindən qaça biliblər.
Mollalar polis qüvvələrinin hadisə yerinə 40 dəqiqə sonra gəlmələrini tənqid edib və başqa axundların da canlarının təhlükədə olduğunu bildirib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan mollalar döyülmələrinin səbəbi barədə heç bir məlumat verməsələr də, sosial media fəalları hadisə şahidlərinə istinadən bu barədə xəbərlər paylaşıblar.
Onların yazdığına görə, iki molla vətəndaşların geyim tərzlərinə irad bildirdikləri və onları təhqir etdikləri üçün cəzalandırılıblar.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.
Son bir neçə ay ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həlak olub.