
QMİ yuxudan ayıldı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
İranda ruhanilərə qarşı hücumlar çoxalıb
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
Qafqazın ilk şeyxi kim olub?
Onun da öz üsulları var ...
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
BİU-da tələbə qəbulunda da artım var
Bu il Azərbaycandan gedəcək 900 zəvvarın 70 nəfəri azı bir dəfə ziyarətdə olub
Sosial şəbəkələrdə başı papaqlı, cibində təsbeh olan din xadiminin spirtli içki - pivə içdiyi yerdə çəkilmiş fotosunun paylaşımı ciddi müzakirələrə səbəb olub. Əksəriyyət soruşur: dini rituallara «sidq ürəklə» əməl edən bu kəs necə spirtli içki içə bilir?! Bu dini qaydalara zidd deyilmi?
Şəklin harada, nə vaxt çəkildiyi, pivə içən şəxsin gerçəkdə mola olduğu, onun kimliyi bəlli deyil. Amma bu şəkil müzakirələrə qoşulanların əlinə din xadimlərini asıb-kəsmək üçün yaxşı şans verdiyini vurğulamaq olar.. Hətta onun şəninə «Vur getsin molla əmi, vur bədənə,
Rəhmət olsun səni qoyub gedənə...» rədifli şeir də qoşanlar var...
«Məşədi Dadaş» məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında deyib ki, din xadiminin bu formada görüntülənməsi məsələsində təxribat əməli ola bilər.
«Sosial şəbəkələrdə insanlar istənilən addımı ata bilirlər. Ona görə də belə təqdimatlar çox vaxt doğru olmur. Burda təxribat əməli də ola bilər. Çünki hansısa din adamı əlində içki şüşəsi belə işlərlə məşğul olmaz. Dini gözdən salmaq üçün bəzi insanlar müxtəlif vasitələrə əl ata bilərlər. Ona görə də bu, növbəti addım ola bilər. Aydın məsələdir ki, dinimiz bu əməllərə yol vermir deyə hansısa din xadimi İslamın qadağan etdiyi bir əməli nümayiş etdirməz və etdirməməlidir. Bu tip insanların çox zaman dinə aidiyyatı olmur».
Hacı Şahin Həsənlinin sözlərinə görə belə məsələlər QMİ-də araşdırılmır.
«Həmçinin, bu cür hallara QMİ-də önəm verilmir. Çünki sosial şəbəkələrdə insanlar istədiyi şeyləri yayırlar. Hansısa bir yerdə tanınmış din xadimi belə bir əməl etməz. Bunu din adamına təxribat kimi də qiymətləndirmək olar. Bəzən hansısa formada dindarları məsxərəyə qoymaq, gülüş obyektinə çevirmək üçün bunu edirlər. Yaxud da dini gözdə salmaq üçün bunu edə bilərlər. Belə insanlar QMİ tərəfindən araşdırılmır. Çünki onların bizim quruma heç bir aiddiyyatı yoxdur».
QMİ rəsmisi deyir ki, bu vaxtda qədər belə dindarlarla bağlı quruma şikayət daxil olmayıb.
«Bu vaxta qədər QMİ-yə bu cür «mollalar»la bağlı şikayətlər daxil olmayıb. Yəni hansısa mollanın dini ritualları pozması barədə bizdə fakt yoxdur. Belə hallar olarsa, deməli, onlar din xadimi deyil».