vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
13:13 | 7 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ata dövlət və ana müxalifət»

Fikir verməyin bizimki də belə gətirib, ...

Azər SARIOĞLU

Bu anadolulu qardaşlarımız hər şeyə bir vedrə bağlamağa, ad qoymağa candırlar. Zalım uşaqlarından elə sözlər çıxır ki, bilmək olmur, nə demək istəyirlər? Hətta bəzi sözləri bizim dilimizdə eybəcər səslənir. Elə sözləri də var ki, Azərbaycanda tələffüz edərkən, dilin dolaşdısa, evin yıxıldı. Məsələn, nəvənin, əminin anadoluca, ekvivalentini.

Elə ona görə də yaxşı edib Türkiyə filmlərini bizim doğma, yerli ləhcəmizə çevirirlər. Bəzi isimlərin isə qardaş ölkədə nəyə görə elə qoyulduğunu anlamaq olmur. Məsələn, düşünürəm ki, görən, niyə türkiyəli qardaşlarımız dövlətə «baba» (ata), aparıcı müxalifətə «ana» deyirlər, amma iqtidara heç bir ad qoymurlar.

Yəqin, iqtidar dövlət işlərini yönəltdiyindəndir ki, onu da baba bilirlər. Yəni o da bir növ «baba», evin kişisi sayıla bilər. Başqa düşündürücü sual da odur ki, nə üçün müxalifətə «ana» deyirlər? Bizdə heç bir müxalif partiyası özünə «ana» söylətmir. O cür müraciət etsən, məhkəməyə verərlər. Hətta aralarında qadın siyasi lider (məsələn, Lalə Şövkət Hacıyeva) olsa da, bəzi siyasi rəhbərlərini qadına bənzətsələr də, «ana müxalifət» yarlığını qəbul etmirlər. Özlərinə «ana» əvəzinə «aparıcı» deyir və yazdırırlar ki, bildiyiniz kimi, bu sözün kökü «aparmaq» felindəndir və həmin feil də Türkiyədə çox biədəb anlamda işlənir.

Amma məncə, «aparıcı»dansa, «ana» daha uyğun gəlir. Anaların, yəni zənən tayfasının davranışlarına fikir versəniz, görərsiniz, başlamış olduğum siyasi semiotik araşdırma yolunda düzgün istiqamətdəyəm. «Ana» müxalifət, yəni ana, qadın kimi ailənin hər işinə qarışan müxalifət. Eynən ailədə olduğu kimi: sonuc yaxşı olanda, deyirlər ki, mənim məsləhətimin nəticəsində alındı. Yox, pisə gələndə, məsuliyyəti sənin üstünə atıb başçı (siyasi müstəvidə iqtidar) olduğunu xatırlad(y)ırlar.

Bəzi müxaliflər isə ərin üstündə yad qadının tükünü axtaran qısqanc qadınlar kimidirlər. Bir neçəsində bu, xəstəlik fazasına keçib. Məşhur lətifədəki kimi, heç nə tapmayanda, «utanmır, keçəl qadınlarla gəzməyə başlayıb» deyə söylənirlər. Hətta eləsi də var ki, psixiatra aparmaq lazımdır ki, az qalır, «baba»nın (oxu: kişinin) üstünü lupa ilə yoxlaya. Amma bu cür də olmaz. Qısqanclığı şizofreniya səviyyəsinə çatan arvad hansı kişiyə sərf edir ki? Belə arvadı boşamasalar da, analığı naminə yola verirlər. Yəni çörəyini, suyunu verir, əyin-başını alıb qohuma-qardaşa da deyirlər ki, fikir verməyin bizimki də belə gətirib. Taleyimizlə barışmalıyıq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)