vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:20 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Piləyib yandırdığını …

«Azərsun»un «Hayastan daxilində Qarabağ»ı

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərsun»un sponsorluq etdiyi verilişdə «Hayastan daxilində Qarabağ» mahnısı səsləndi- birbaşa erməni-daşnak təbliğatına xidmət edən reklam idi. Bildiyimiz kimi, ermənilər Qarabağa «Atrsax» deyir. Lakin bütün dünya bizim həmin Cənnət məkanımızı «Karabakh» kimi tanıdığından ermənilər «Azərsun»un sponsorluq etdiyi həmin verilişdə dünya ictimaiyyətinə «Hayastan içində QARABAĞ» deyə xitab edirdilər.

«Azərsun» daxildə vecinə almadığı xalqı xaricdə düşünə bilərmi?

«Azərsun» məhsullarının millətə xeyri ilə Rusiyada sponsorluq etdiyi verilişin faydası düz mütənasibdir. Ölkə daxilində milləti zərərli məhsullarla zəhərləməyi bəs deyil, xarici ölkələrdə də reklam siyasəti yürüdərkən mənafelərimizi nəzərə almır. Sən erməni diasporunun təsir imkanlarını hesablamadan xaricdə reklam siyasəti yürütməyə girişirsənsə, nəticə bu olacaq. Bəlkə də «Azərsun»u baş vermiş hadisənin nəticəsini hələ də dərk etmir və sıradan hadisə sayır. Bəlkə də bilərəkdən etməyib. Ancaq biznesin, həm də böyük biznesin böyük siyasət olduğunu dərk etməyibsə, o zaman vay bu holdinqin halına və vay bizim halımıza!

Yadıma adı çəkilən holdinqin prezidenti Abdolbari Gözəlin bir neçə ay əvvəl verdiyi açıqlama düşdü. Adam deyirdi ki, siqaret də istehsal edə bilərdim, lakin milləti zəhərləmək istəmədiyimdən bu işlə məşğul olmadım. O zaman cavab yazmışdım ki, zərərli yağ, az şəkərsiz qənd, şəkər tozu istehsalının və bazardakı mövqeyindən sui-istifadə edib qiymətləri bahalaşdırmağın yanında siqaret istehsalı toya getməlidir. «Azərsun»un sponsorluq etdiyi verilişdə Ermənistan maraqlarına uyğun təbliğatın aparılması daha betər idi. Məncə, «Azərsun» ya reklam siyasətində naşı olduğunu əsaslandırmalı, ya da günahkar olduğunu etiraf etməlidir.

VAXT.AZ-dan: Digər tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bağlı haqq səsini dünyaya çatdıran, hər bir türkün sevimlisi olan «Qarabağ» klubunun son illərdəki uğurunda «Azərsun»un danılmaz zəhməti və xidməti var. Klub Çempionlar Liqasına qatılmasıyla ölkə tarixində bir ilkə imza atıb və bu uğur ən yüksək səviyyədə qiymətləndirilib. Bununla bağlı respublika prezidenti İlham Əliyev klubun futbolçularını və rəsmilərini şəxsən təbrik edib. Bu görüşdə iştirak edən Abdolbari Gözəlin oğlu Tahir Gözəl ürəyə xoş gələn çıxışı ilə yadda qaldı. Bütün bunlardan sonra «Qarabağ» klubun prezidentin ikinci adamı olduğu şirkətinin belə bir xəyanəti izaholunmazdır. Necə deyərlər, piləyib yandırdıqlarını, su çiləyib sondürdülər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)