«Dərs ilinin müddəti uzadılmalıdır!»
Ziyalılardan Təhsil Nazirliyinə dəstək
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
-
“Sözlüy”ü düz görməyən “gözlüklülər”
İşin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb
-
Təhsil işçilərinin maaşı artdı
Prezident sərəncam imzaladı
-
1-ci sinfə qəbul qaydalar dəyişdi
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
-
Müəllimlərə mənzil veriləcək
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
-
Vergilər Nazirliyində yeni təyinatlar
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
-
Yeni təhsil naziri təyin olunub?
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
-
«Əvvəl mərsiyə, sonra meyxana, indi də «hara gedirsən, ayə...»»
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
-
Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Partiya sədrlərindən çağırış
-
«Enerjinin qiyməti bahadır»
Deputat məsələ qaldırdı
-
«Bir də gördüm hikkəylə girdi otağıma...»
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
-
Müdirin qisası
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
Milli Məclisin deputatı Fazil Mustafa bir neçə gün öncə Azərbaycanda dərs ilinin qısaldılmaını – dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması təklifini irəli sürüb.
Deputat bildirib ki, 1 sentyabr – 25 may tarixləri müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.
Lakin bunun ardınca Təhsil Nazirliyi əksinə, tədris ilinin bir qədər də artırılmasını təklif edib.
Nazirlik rəsmisi Cəsarət Valehov dərs ilinin sentyabrın 1-də başlayıb, 14 iyunda bitməsinə tərəfdar olduqlarını bəyan edib. O, bunu Azərbaycanının inkişaf etmiş ölkələrdəki tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri qalmağıyla əsaslandırmağa çalışıb. Deyib ki, Azərbaycan tədris həftələrinin sayına göprə azı 3-4 həftə geridədir.
Modern.az saytı dərs ilinin uzadılması məsələsinə ziyalılardan münasibət öyrənib.
Millət vəkili Nizami Cəfərov dərslərin uzadılmasının vacibliyini belə izah edib.
«Tədris ilinin uzadılması çox vacib məsələdir. Bütün dünyada tədris ilinin uzun olması inkişafın göstəricisi kimi qəbul edilir. Bu, şagirdlərin təlim yükünün azalmasına, onların materialları səmərəli mənimsəməsinə hesablanıb, gənclərin gələcək inkişafına kömək edə bilər. Aparılan təhlillər də bunu göstərir. Mən də dərs ilinin uzadılmasının tərəfdarıyam».
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə doktoru Siracəddin Hacı deyir ki, Azərbaycan məktəblərində tətil günləri həddindən artıq çoxdur.
«Şagirdlər Novruz bayramında, yeni ildə uzun müddət dərsdən yayınırlar. Təhsil fasiləsiz olmalıdır. Azərbaycanda şagirdlərin təhsildən yayınması onların elm öyrənmələrinə, davranışlarına təsir edir. Məktəb bir sosial münasibətlər müəssisəsidir. Tətil zamanı şagirdlər uzun müddət elm öyrənməkdən, müəllimlərdən uzaqlaşır.
XIX əsrdə Yaponiya imperatoru yapon xalqına töhfəsinin nə ola biləcəyini araşdırıb. İmperator görüb ki, xalqı çox geri qalır. Ona görə də Avropadan mütəxəssislər dəvət edib ki, problemləri araşdırsınlar. Həmin alimlər bir il ərzində vəziyyəti araşdırıb və 100 səbəb ortaya qoyublar. İmperator xalqı inkişafdan saxlayan 4 ən mühüm səbəbi istəyib. Səbəblərdən biri yaponların iş mədəniyyətinin olmaması, ikincisi təqvimdə tətil günlərinin sayının çox olması, üçüncü yaponların zaman şüurunun olmamasıdır. Çünki tətillər çox olanda zaman şüuru da olmur. Zamanı boş xərcləmək olmaz. Zaman şüurumuz doğru olmadığına görə bizim ölkədə də tətillərimizin sayı çoxdur. Dördüncüsü isə, yapon xalqı təmizkar deyil. Ona görə də deyirlər ki, imperator yapon xalqının xəstəliyini tapmışdır.
Azərbaycanda əvvəllər uşaqlar 3 ay 15 gün dərsə getmirdi. Bura bayramları da daxil etsək, belə günlərin sayı uzanır. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri İngiltərədir. Onlarda tətil yalnız avqustdadır. Hətta tətil günlərində də şagirdin kitabla əlaqəsi olmalıdır. Elmin düşməni unutmaqdır. Unutmağın düşməni təkrar etməkdir. Təhsil fasiləsiz olmalıdır».
Təhsil eksperti, professor Şahlar Əsgərovun sözlərinə görə, dərs ilinin uzadılması günün vacib tələbidir.
«Kütlə yaxşını pisdən, düzü əyridən seçmək qabiliyyətində deyil. Bu işi baş bilənlərdən soruşmaq lazımdır. Dərs ilinin qısaldılması yox, uzadılması günün vacib məsələsidir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, dərs ilini 40-41 həftəyə qaldırmaq lazımdır. Dövlət təhsil alanların zamanını nə qədər öz nəzarətinə götürərsə, bir o qədər yaxşıdır».