vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TƏDBİR  
17:50 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 3068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Enerjinin qiyməti bahadır»

Deputat məsələ qaldırdı

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır. Hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. Vətəndaş neyləsin ki, hər hansı bank büdcəyə ziyan vurub?»

Modern.az xəbər verir ki, bunu 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, vətəndaşın sağlamlaşdırılması üçün büdcədə addımlar atılmalıdır.

«İnsanların sosial şərtlər altında əzilməməsi üçün işlər görülməlidir. Bu yaxınlarda prezident təqaüdçüsü olan aktyor Rasim Balayev iki dərmandan birini ala bilir. Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir. Kinoya ayrılan 1 milyon yarım vəsaitlə büdcəyə hansı gəlir gətirmək olar? Gürcüstan bu gün büdcəsini turizmdən və kinodan qazanır.

Büdcəmizin gəlirləri aşağıdır. Xaricdə təhsil almaqla bağlı məsələni bağladılar. İstedadlı gənclərin xaricdə təhsil almasına kömək edilməlidir. Tanınmış dahilərin bir yerdə muzeyi yaradılmalıdır ki, onların əsərləri itib-batmasın. Regionlar artıq dotasiyadan qurtarılmalıdır. Enerjinin qiymətləri bahadır, vətəndaş da bundan da əziyyət çəkir. Onkoloji xəstələrin sayı çoxdur. Baxsanız, hamısı yoxsul ailələrdir. Onların müalicəsinə kömək edilməlidir. Əgər bu gün prezident təqaüdçüsü özünə dərman ala bilmirsə, deməli, bu haqda ciddi düşünmək lazımdır».

Deputat həmçinin büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılmasının vacibliyini qeyd edib.

«Kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər».