

Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
Mədəniyyət naziri Parisdə Dünya İrs Mərkəzinin heyəti ilə görüş keçirib və UNESCO-nun idarəetmə orqanları rəhbərlərinin iclasında çıxış edib
Ölkəmizlə təşkilat arasında əlaqələr müzakirə olunub
2-ci Eksperimental tamaşalar festivalı 1 həftə sürəcək
“Zima – 2019” beynəlxalq uşaq festivalı keçirilib
Azərbaycanla Britaniya arasında mədəniyyət sahəsində anlaşma memorandumu imzalanacaq
Eksperimental tamaşalar festivalı
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Mədəniyyət Nazirliyinin tərkibində yeni sektorlar yaradılıb
Prezident sərəncam imzaladı
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsi elan edilib.
Müsabiqə uşaqlıq duyğularını, xatirələrini yaşatmaq məqsədilə keçirilir. Oyuncaqlar sadəcə, əyləncə obyekti deyil. Uşaq ətraf dünyanı öyrənməyə başlayan zamandan oyuncaqlar onun yoldaşı, köməkçisi və hətta “müəllimi” olur.
Uşaq vaxtı ən çox sevdiyiniz və arzuladığınız oyuncağın rəsmini çəkməklə və ya istədiyiniz materialdan (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamaqla müsabiqəyə qatılmaq olar. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə Xətai Sənət Mərkəzi “Facebook” qrupuna daxil olub, təqdim edəcəyiniz əsərin fotosu ilə bərabər müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə 2022-ci il fevralın 10-dək qatılmaq mümkündür.
Müsabiqəyə hər müəllif bir əsər təqdim edə bilər. İlk turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Sərgidən seçilmiş əsər müəlliflərinin Bakı Dövlət Sirkində də sərgisi təşkil olunacaq.
Müsabiqənin media dəstəkçiləri sırasında “Mədəniyyət” qəzeti də var. Ətraflı məlumatı Xətai Sənət Mərkəzinin sosial şəbəkə hesablarından əldə etmək olar.