Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Kamran ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəbli analar
Kim deyir ki, yol həmişə böyüklərindi?
-
Yapon məktəblərində paltarsız yoxlama böhranı
Etiraz edən valideynlər təcrübənin dərhal dayandırılmasını tələb edirlər
-
Avropada smartfon qadağası böyüyür
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
-
“Oxutmasam əl çəkməm!”
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
-
130 məktəb, 125 uşaq bağçası ...
Təhsil müəssisələrində istilik problemi
-
Şagirdlərə nə qadağan olunacaq?
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
-
Cəzalar qüvvəyə minir
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
-
“Dərsin keyfiyyətinə təsir edir”
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
-
Məktəbli analar ...
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
-
Dərslik müəllim rolunda
İnternet dərsliyi əvəzləməməlidr ...
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
Mələksiniz hamınız...
Qanadlarınız da “vaxtı” gələndə çıxacaq
-
Qaytarın kişiləri məktəblərə!
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
-
“Georgi lenti” sevdası...
Siyasət çirkabına bulaşan məktəb direktoru cəzalanacaqmı?
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Təhsildə post-pandemiya travması
Məktəblərdə nə baş verir?
Deməli, 2016 - ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron qaydada həyata keçirilir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını "görmədən" bu istədiyi həyata keçirə bilər.
Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları "görməli" idin. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn Solo oxumaq, Xalq çalğı alətləri ixtirasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi. Əlbəttə ki, bu ancaq kimlərisə yaxından və dərindən "görmək" lə olurdu.
Amma indi isə bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır.
Yəni siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız amma doğru ixtisas seçimi etməmisiniz, yada oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, sizə təhsil nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin.
Təsəvvür edin ki, 2018-ci ilin qış tətili dövründə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna, yay tətili dövründə bakalavriatura üzrə 908, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.
Bu rəqəmlər nə deməkdir? Bu o deməkdir ki, Təhsil nazirliyi hər il "qara bazarda" olan milyonlarla manat pulu yox edib. Çünki bu köçürülmələr əvvəllər heçdə ucuz qiymətə edilmirdi. Təsəvvür edin ki, təkcə bakalavr pilləsi üzrə 1500 dən çox təmənnasız, tələbənin heç bir məmuru görmədən köçürülməsi edilib. Əvvəl isə bu 1500 nəfər azı 10-20 min manat kimlərisə "görməli" idi. Görün hansı məbləğdə vəsait qazanılırdı. Hələ xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsini demirəm. Onlar gedirdilər Dərbənd, Dağıstan, Ukrayna, Gürcüstan və digər ölkələrin universitetlərinə, bir il sonra isə kimlərisə "görüb" gəlirdilər ölkəyə. İndi bunun da qarşısı alınıb.
Amma pisi bilirsiz nədir? 2016-cı ildən bəri keçirilən tələbə köçürülməsindən istifadə edən 5 minə yaxın insan bu şəffaf qaydalardan istifadə edib, amma bu barədə fikirlərini demirlər.
Bəli, şəffaf şəkildə fəaliyyət göstərmək hər bir dövlət qurumu və qulluqçusunun xidməti borcudur, amma onlara bu müsbət işinə görə təşəkkür etmək lazımdır.
Çünki onlar həqiqətən də çox böyük iş görüblər.
Təsəvvür edin ki, təhsil nazirliyinin bu şəffaf işi nə qədər rektorun, prorektorun və universitetlərin digər əməkdaşlarının "bazarını bağlayıb". Ona görə də, onlar təhsil nazirliyini bəyənmir, qəbul etmir, bu qaydaların ləğvini istəyirlər.
Ona görə də, şəffaf şəkildə yeni qaydalardan istifadə edənlər bu kimi məsələləri dilə gətirib təşəkkür etməlidir.
Hələ bununla bitmir e. Birinci sinfə Bakı şəhəri üzrə 50 minə yaxın şagird qəbul edilib. Hamısı elektron xidmətlərin təşkili ilə. Heç bir direktoru, direktor müavinini görmədən. Əvvəl isə azı birinci sinfə şagird qəbulu üçün 300-500 manat verməli idin. İndi isə bu mümkün deyil. Rahatlıqla övladını istədiyin məktəbə hətta istədiyin müəllimin sinfinə qəbulunu elektron xidmətlərin tətbiqi ilə edə bilərsən.
Amma edənlər buna görə təşəkkür etmir.
Gedin görüm dövlət uşaq bağçasına 300-500 manat vermədən övladınızı qəbul etdirə bilərsiz?
Dostlar, təşəkkür etmək lazımdır. Mən yeni nazirliyin 2014-cü ildən tətbiq etdiyi yenilik və imkanların heç birindən istifadə etməmişəm. Yalnız bu il qızım birinci sinfə qəbul oldu. Amma ətrafımda yeni nazirliyin yaratdığı imkanlardan istifadə edərək işə qəbul olunan və digər məsələlərdə müsbət cavab alan şəxslər var ki, onlar çox passivlik nümayiş etdirir.