«Facebook»da küfrə görə edam
Məhəmməd peyğəmbəri sosial şəbəkədə təhqir etdiyinə görə 30 yaşlı gəncə ən ağır cəza verilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
3 İran hərbçisi öldürülüb
Pakistanla sərhəddə silahlı insident
-
Səhiyyə işçilərinə silahlı hücum
2 nəfər həlak olub
-
İslamabad gözyaşlarına inanmayacaq
Pakistan separatçılara qarşı sərt tədbirlərə qərar verdi
-
Bəlucistanda 37 terrorçu öldürülüb
Pakistan Talibanı pəncablıları hədəf alıb
-
Terrorçular motosiklet partlatdı
Ölənlər və yaralananlar var
-
Polis zabiti güllələnib
İranda daha bir yüksək vəzifəli məmura sui-qəsd
-
Polis konvoyu pusqu düşüb
Pakistanın cənubunda 11 polis əməkdaşı öldürülüb
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Güclü yağışlar can almaqda davam edir
209 nəfər həlak olub
-
“Xarici fitnə”
Pakistan ordusunun Talibana verdiyi yeni ad
-
Uçurumun kənarında
Pakistan ABŞ-ın Əfqanıstandan çıxarılmasının üçüncü ildönümü səhnəsinə necə baxır?
-
Tayfa davasında faciə
Torpaq səbəbindən başlayan qarşıdurmada çoxlu insan ölüb
-
Mədən faciəsi davam edir
Pakistanda 4 gündə iki partlayış baş verib
-
Atəşkəs bitdi!
Pakistan Talibanı hücum əmri verdi
-
Oğurlanmış 192 artefakt qaytarılıb
4500 ildən artıq yaşı olan abidələrin dəyəri 3,4 milyon dollar olub
-
27 ölkədə 27,7 milyon uşaq ...
UNİCEF: “İqlim böhranının ən çox azyaşlılar zərər çəkir”
«The Guardian» yazır ki, Pakistanda antiterror məhkəməsi «Facebook»da küfr yazmaqda ittiham olunan bir nəfəri ölüm cəzasına məhkum edib. İnsan haqları təşkilatları Pakistanı sosial mediada söz azadlığı üzərinə hücumda ittiham edirlər.
Bahavalpur şəhərinin məhkəməsi 30 yaşlı Taymur Razanı Məhəmməd peyğəmbəri təhqir etməkdə təqsirli bilib. Bu, Pakistanda belə bir hərəkət üçün indiyədək verilən ən ağır cəzadır.
Raza ötən il «Facebook»da bir nəfərlə İslam dininə dair debata girişmişdi. Sonradan məlum olub ki, həmin adam antiterror polisinin xəfiyyəsi imiş.
Pakistanın İnsan Haqları Şurası bildirib ki, Raza ötən il küfr ittihamı ilə həbs edilmiş 15 nəfərdən biridir.
İnsan haqları qrupları bildirirlər ki, Paksitanda küfr ittihamı ilə həbslər ümumilikdə söz azadlığı üzərinə hücumun tərkib hissəsidir.
Razanın qardaşı Vasim Abbas deyib ki, ailələri yoxsul olsa da, savadlıdır və onlar ölkənin şiə icmasına mənsubdurlar.
Razanın vəkili bildirir ki, onun müştərisi cinayət məcəlləsinin iki bir-biri ilə əlaqəsi olmayan bölümü ilə təqsirli bilinib. Onun fikrincə bu ona görə edilib ki, müttəhimə ölüm hökmü çıxarmaq mümkün olsun.
Razaya qarşı əvvəlcə təriqət zəminli təhqir maddəsini irəli sürmüşdülər. Bu maddə başqa dini təriqətə aid şəxsin təhqirini nəzərdə tutur. Bundan sonra Razaya qarşı CM-nin başqa bir maddəsi - peyğəmbərin təhqiri maddəsi üzrə ittiham irəli sürülüb.
«The Guardian» yazır ki, sosial media Pakistan hakimiyyətinin küfrlə mübarizə üçün yeni meydanına çevrilib. Bu da xəbər verilir ki, hakimiyyət «Facebook» və «Twitter»dən istifadəçilərin şəxsiyyətini tələb edib. Digər tərəfdən hökumət sosial media istifadəçilərini küfr halları barədə xəbərçilik etməyə dəvət edir.
İnsan haqları fəalları bildirirlər ki, ölkənin küfr qanunları və onlardan ittiham irəli sürmək üçün istifadə tərzi şəxsi zəmində qisasçılığa rəvac verir. Başqa sözlərlə kiminləsə düşmənçiliyi olanlar həmin adama, peyğəmbərə küfr etdiyi barədə şər də ata bilirlər.
Başqa bir narahatlığı doğuran da küfr işləri üzrə mühakimələrin adi mülki məhkəmələrdə deyil antiterror məhkəmələrində aparılmasıdır.
Tənqidçilər bildirirlər ki, dini məsələlərlə ölkənin milli təhlükəsizliyinin eyniləşdirilməsi ədalətsiz hökmlərə yol açır.
Pakistanda onsuz da hökumətə qarşı müxaliflik cinayət əməli sayılır.
Məsələn bu yaxınlarda, Federal İstintaq Agentliyi «antihərbiyyə» postları yazan onlarca jurnalisti və Pakistanın Təhrike-İnsaf siyasi partiyasının tərəfdarlarını həbs edib. Buna səbəb postlarla yanaşı baş nazir Nəvaz Şərifin karikaturasının verilməsi idi.
Onlara qarşı ötən il qəbul edilmiş Elektron Cinayət Aktı maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddə faktiki olaraq insan haqlarının boğulması üçün şərait yaradır.
Federal İstintaq Agentliyinin nümayəndəsi «The Guardian» qəzetinə deyib ki, Daxili İşlər Nazirliyi agentliyə noutbukların və telefonların sanksiya olmadan müsadirəsinə icazə verib.
İnsan haqları fəalı Qürrət əl-Eyn Zəman deyib ki, hazırda sosial media istifadəçiləri üzərinə misilsiz təqib var və bu, sosial medianın ictimai şüuru təsirləndirmək gücünün olduğunu bir daha sübut edir.
Bununla belə, Raza sosial mediada küfrə görə ölüm hökmünə layiq görülmüş ilk vətəndaşdır. Amma ictimai yerlərdə küfrə görə ölüm cəzası verilənlərin sayı daha çoxdur. Bunlardan biri də 2010-cu ildə Puncab şəhərində iki müsəlman qadınla mübahisə etmiş xristian qadın Asiya Bibidir.
Pakistanda küfr o qədər həssas bir məsələdir ki, buna görə kütləvi hiddət partlayışları ola bilər. Aprel ayında qəzəblənmiş qaragüruh 23 yaşlı tələbə Məşəl Xanı yataqxanadan götürərək İslamı təhqirə görə linç etmişdi.
Sonradan məlum olmuşdu ki, tələbəyə başqa tələbələr şər atıblar.
May ayında Bəlucistanda 10 yaşlı bir uşaq polis məntəqəsində küfr ittihamı ilə saxlanan kişiyə görə ora hücum edən kütlənin ayaqları altında qalaraq ölüb.
Ötən il Pakistanda 4 nəfər küfr ittihamı ilə ölüm cəzasına məhkum edilib.