
Gerçək sima(sızlıq)
Türk-İslam dünyasına qarşı indus düşmənçiliyi...
Türk-İslam dünyasına qarşı indus düşmənçiliyi...
Asiyadakı iki düşməndən biri Hindistan, dünyada ən sadiq dostlarımızdan biri Pakistan
Vurulan hədəflərin siyahısı və Hindistanın hərbi infrastrukturu üzrə zərbələrin nəticələri
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
Hindistan-Pakistan gərginliyində hansı ssenarilər ola bilər?
Hindistanın hərbi əməliyyata qoyduğu “Sindoor” nə deməkdir?
Pakistan-Hindistan savaşında kölgə oyunçular
Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
Pakistan nüvə müharibəsi barədə xəbərdarlıq edir
Çin-Pakistan bloku getdikcə daha strateji mövqeyə gəlir
... Yaxud “Narahat olduq”dan o yana keçməyən bəyanatlar
Hindistan-Pakistan münaqişəsi və nüvə təhlükəsi
Hindistan 300 illik əsarətin təsirindən çıxmayıb
Hindistan-Pakistan toqquşmalarının üzə çıxardığı “qara nöqtələr”
Hindistan Pakistan müharibəsini 6 il əvvəl sətir-sətir yazmışdılar
İslamabad hücumu qorxaq adlandırdı və düşmənin 5 təyyarəsini yerə saldı
Qadağan edilmiş Pakistan Taliban təşkilatının (TTP) İslamabad rəhbərliyi ilə mayın 10-dan bəri davam edən atəşkəsə son qoyduğu və yaraqlılara təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyi bildirilib.
TTP, ordunun xüsusilə şimal-qərb bölgəsində əməliyyatlarının davam etdiyini əsas gətirərək mayın 10-da başlayan atəşkəsə son verib.
TTP öz yaraqlılarına ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum etməyi əmr edib.
TTP-nin atəşkəsi dayandırmaq qərarına Pakistanda orduya rəhbərlik edən Quru Qoşunları komandanı Asim Münirin vəzifəyə başlamasından bir gün əvvəl gəlib.
Hökumət hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Pakistanda Baş Qərargah rəisi, prinsipcə, silahlı qüvvələrin ən yüksək rütbəli zabitidir. Bununla belə, Baş Qərargah əsas hərbi məsləhət orqanı kimi çalışır və güc komandanlıqları arasında əlaqəni koordinasiya edir. Onun döyüşən qüvvələr üzərində operativ səlahiyyəti yoxdur.
Quru Qoşunlarının Komandanı Pakistan Silahlı Qüvvələrində ordunun güc komandanlığına rəhbərlik edən və əməliyyat səlahiyyətinə və nəzarətinə malik olan şəxsdir. Bu baxımdan Quru Qoşunlarının Komandanı Pakistan ordusunun başçısı kimi tanınır.
Əfqanıstan Talibanının təklifi ilə 2021-ci ilin oktyabrında İslamabad ilə terror təşkilatı TTP arasında sülh danışıqlarına başlanılıb və bir aylıq atəşkəs elan edilib. Tərəflərin bir-birini üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham etməsindən sonra danışıqlar dayandırılıb.
Bu ilin aprelində yenidən başlayan danışıqlardan sonra Pakistan və TTP mayın 10-da atəşkəs haqqında razılığa gəlib. Bununla belə, təhlükəsizlik mənbələri sözügedən atəşkəsin kövrək olduğuna dair açıqlamalar verib.
TTP 2007-ci ildə 13 təşkilatın birləşməsi nəticəsində yaranıb və o vaxtdan Pakistanda mülki şəxsləri və əsgərləri hədəf alan hücumlar həyata keçirib.
Pakistanın terror təşkilatı TTP-yə qarşı keçirdiyi hərbi əməliyyatlarda 2014-cü ildən bəri təşkilatın 5 mindən çox üzvü öldürülüb, 700-dən çox əsgər isə həyatını itirib.