vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
17:34 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 2839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölənlərin sayı 61-ə çatıb

Meksikada yüz ilin ən güclü zəlzələsi baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Şənbə günü Meksikada baş vermiş zəlzələnin xilasetmə işləri davam edir. Zəlzələ nəticəsində ölənlərin sayı 61 çıxıb.

Oaksaka şəhərinin rəsmiləri ölənlərin sayının artacağını təxmin edir.

Cümə günü Meksika prezidenti Enrike Pena Nieto bu zəlzələnin 1985 ildə minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən daha güclü olduğu deyib. Cümə günü televiziyada yayımlanan çıxışında o, üç günlük milli matəm elan edib və hökümətin bərpa işlərinə yardım edəcəyinə söz verib.

«Bu zəlzələ viranedici idi, amma Meksikanın cavabı möhtəşəm olacaq», deyə Pena Nieto bildirib.

8,2 bal gücündə zəlzələ cümə axşamı Meksikanın cənubunda, Tonala şəhərindən 100 kilometr uzaqlıqda Sakit Okean sahilində baş verib. Meksika prezidenti deyib ki, bu, son 100 ildə Meksikada baş verən ən güclü zəlzələ idi.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzinin verdiyi məlumata görə, zəlzələ 1 metr yüksəkliyində sunamiyə səbəb olub, amma sunaminin hər hansı təhlükə yaradacağı bildirilmirdi.

Zəlzə Mexiko və Qvatemala şəhərlərinə hiss olunub. Meksika paytaxtının sakinləri binaların çökəcəyindən qorxaraq, küçələrə qaçıb.