Meksika ABŞ-ın sözünə baxır
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
            					
            	
                14:41 | 11 sentyabr 2024 | Çərşənbə
                Məqaləyə 562 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
                                Müxalifət senatoru ilə Senatın sədri arasında əlbəyaxa dava oldu
                                Meksikada qorxulu artım
                                Mexiko Pekinin mallarına gömrük rüsumlarını artırır
                                ABŞ Meksika sərhəd divarını daha isti və dırmanılması çətin hala gətirməyi planlayır
                                Toqquşmaya cəmi 60 metr qalmışdı
                                Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
                                Meksika turist axınına etiraz edir
                                Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
                                Polis krematoriyaya basqın həyata keçirib
                                Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
                                Çoxlu sayda ölü və yaralı
                                İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
                                “Ölüm hökmünüz artıq imzalanıb”
                                Narkobaronun vəkili hakimliyə namizəd olur
                                Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
Meksikada prezident Andres Manuel Lopez Obradorun təklif etdiyi məhkəmə islahatına etiraz edən nümayişçilər islahatla bağlı iclas zamanı Senat binasına daxil olublar.
Təhlükəsizlik qüvvələrini aşaraq binaya basqın edən yüzlərlə etirazçı əllərində Meksika bayraqları və məhkəmə islahatlarına qarşı plakatlar qaldırıblar.
Etirazçılar islahatın müzakirə edildiyi iclas zalına daxil olaraq şüarlar səsləndirib və senatorları islahatı qəbul etməməyə çağırıblar.
Meksikada hakimlər Obradorun təklif etdiyi məhkəmə islahatına cavab olaraq avqustun 22-də müddətsiz tətilə başlayıblar və “təcili” işlər istisna olmaqla, avqustun 21-dən ölkə üzrə məhkəmələrin qeyri-müəyyən müddətə dayandırıldığı açıqlanıb.
Hakimlərin tətilinin islahat ləğv edilənə və ya Konqres birgə qərar üçün məhkəmə sistemi ilə əlaqə saxlayana qədər davam edəcəyi bildirilib.
***
Prezident Obradorun təklif etdiyi məhkəmə islahatına hakimlərin ümumxalq səsverməsi yolu ilə seçilməsi və Konqres və məhkəmə sistemi tərəfindən namizədlərin irəli sürülməsi daxildir.
Analitiklər, hakimlər və beynəlxalq müşahidəçilər bunun məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağından narahatdırlar.