ABŞ adaya desant çıxaracaqmı?
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
09:15 | 28 avqust 2024 | Çərşənbə
Məqaləyə 482 dəfə baxılıb
Şriftin ölçüsü
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
Paytaxt Mexikoda Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan prezident Andres Manuel Lopez Obrador, ölkədə keçirilməsi nəzərdə tutulan məhkəmə islahatını tənqid edən səfirlər barədə qərarlar verildiyini açıqlayıb. Meksika dövlət başçısı ölkənin daxili işlərinə qarışmaq kimi ifadələr işlətdiyini görə ABŞ və Kanada səfirləri ilə münasibətləri dayandırdıqlarını bildirib.
Obrador heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayaraq, “ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər. Onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Hörmət və anlayış gözləyirik”, – deyib.
Meksika prezidenti Obrador ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi olmadığını bildirib və hər iki səfirin Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə münasibətlərin əvvəlki kimi davam edəcəyini bildirib.
ABŞ və Kanada səfirlikləri tərəfindən Obradorun mümkün məhkəmə islahatları ilə bağlı tənqidlər olub. ABŞ səfiri Salazar, hakimlərin xalq tərəfindən seçilməsini nəzərdə tutan islahatın Meksika demokratiyasının işləməsi üçün böyük risk daşıdığını bildirmişdi.
***
Prezident Obradorun təklif etdiyi məhkəmə islahatına hakimlərin ümumxalq səsverməsi yolu ilə seçilməsi və Konqres və məhkəmə sistemi tərəfindən namizədlərin irəli sürülməsi daxildir.
Analitiklər, hakimlər və beynəlxalq müşahidəçilər bunun məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağından narahatdırlar.