Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
08:16 | 28 avqust 2024 | Çərşənbə
Məqaləyə 253 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiya ilə qarşıdurmanı davam etdirən Ukraynanın ilk yerli ballistik raket sınağı uğurlu alınıb. Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ilk yerli raketin sınağının müsbət nəticə verdiyini açıqlayıb. Zelenski paytaxt Kiyevdə keçirilən “Ukrayna 2024 Müstəqillik Forumu”ndan sonra keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.
***
Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə qarşı əməliyyatına toxunan Zelenski bildirib ki, ictimaiyyət Ukraynanın bu addımından xəbərsiz olduğundan əməliyyat uğurlu alınıb.
Kursk əməliyyatı nəticəsində Rusiyanın Xarkov bölgəsinə hücumlarının qarşısını aldıqlarını müdafiə edən Zelenski, “Kursk əməliyyatı özü ilə çox şeylər gətirdi. İlk növbədə, Xarkov vilayətinin işğalını dayandırdı”.
Rusiyanın Ukraynanın Sumı və Çerniqov vilayətlərinə qarşı işğal planları olduğunu iddia edən Zelenski, Rusiyanın bu planlarının qarşısını aldıqlarını bildirib.
Kursk bölgəsindəki hərbi fəaliyyətlərin Rusiya-Ukrayna müharibəsinin sona çatmasının mərhələlərindən biri olduğuna işarə edən Zelenski, “Kursk əməliyyatı İkinci Sülh Zirvəsi (Ukrayna Sülh Sammiti) ilə bağlıdır? Bəli, çünki Kursk əməliyyatı Ukraynanın qələbə planının bəndlərindən biridir”, – deyib.
***
Ölkəsinin ilk yerli ballistik raket sınağını uğurla həyata keçirdiyini bildirən Zelenski, “Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticələndi. Bu mövzuda hərbi sənaye kompleksimizi təbrik edirəm”, – deyib.
***
Sülh planı paketi hazırladığını qeyd edən Zelenski, “Bu, Rusiyanı diplomatik yollarla müharibəni bitirməyə məcbur edən güclü bir paketdir”, – deyib.
Zelenski sentyabr ayında sülh planını ABŞ prezidenti, ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla bölüşmək istədiyini bildirmişdi.
***
Zelenski bu yaxınlarda ölkəsinə gətirilən “F-16” döyüş təyyarələrinin Ukrayna ordusuna verdiyi imkanları da dəyərləndirib.
Bu təyyarələr sayəsində dünən Rusiya ordusu tərəfindən atılan bəzi raket və pilotsuz uçuş aparatlarını vurmağa başladıqlarını qeyd edən Zelenski, “F-16-lar çox yaxşı nəticələr verdi. Bu böyük hücum (avqustun 26-dakı hücum) çərçivəsində biz də “F-16”ların köməyi ilə bəzi raketlər və PUA-ları vurduq. “Bizə “F-16”ları təqdim etdikləri üçün tərəfdaşlarımıza da təşəkkür edirik”.
***
Zelenski Ukraynanın uzaqmənzilli silahlarından Rusiyaya qarşı istifadə olunarsa, Rusiyanın nüvə silahı ilə cavab vermə ehtimalı ilə bağlı sualı da cavablandırıb.
Rusiya rəsmilərinin nüvə silahından istifadə ilə bağlı dünyanı “qorxmağa” çalışdığını iddia edən Zelenski, “Nüvə silahı ilə hədələmək Rusiyanın qorxutma proqramının bir hissəsidir”, – deyib.
Nüvə silahının istifadəsinə icazə verilməyəcəyinə diqqət çəkən Zelenski, “Nüvə silahının istifadəsinin bütün dünya tərəfindən dəstəklənməsi mümkün görünmür. Düşünürəm ki, bütün dünyadan çox sürətli reaksiya olacaq”.