

Prezident Şeynbaum şirkəti məhkəmə ilə hədələyib
ABŞ Meksika sərhədindəki patrullara dəstək üçün əlavə qüvvə cəmləşdirir
Meksika Trampın deportasiya əməliyyatına hazırlaşır
Meksika ABŞ-ın siyasətinə Kuba ilə yaxınlaşmaqla reaksiya verib
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
Meksikada məhkəmə islahatlarına etiraz edən hakimlər tətilə başladı
Meksika Hərbi Dəniz Qüvvələri Sakit Okeanda 2 əməliyyat həyata keçirib
Meksika ilə ABŞ və Kanada arasında diplomatik skandal
Sakit okeanda həyəcan təbili
Meksika prokurorluğu narkotik kartelinin 11 üzvünə maksimum cəza verdi
Nəhəng lövhədəki qədim yazılar Maya tarixində bir boşluğu doldurur
Xoakin Qusman Lopes bir daşla iki quş vurub; Meksika kartelini silkələyən əməliyyatın təfərrüatları
İldə 100 min amerikalının ölümünə səbəb olan “fentanil”in yaradıcıları ittihamları rədd edir
“Sinaola”nın qurucuları narkobaron “El Mayo” və “El Çapo”nun oğlu tutuldu
Yüzlərlə immiqrant seçkiyə qədər ölkəyə daxil olacağına ümid edir
130 milyona yaxın əhalisi olan Meksikada toy mərasimində xoşagəlməz hadisə baş verib. Britaniya mətbuatında dərc olunan xəbərlərdə baş verənlər dünya mediasında böyük səs-küyə səbəb olub. Ölkənin Cuernavaca şəhərində keçirilən toy əvvəlcə çox adi şəkildə gedirmiş. Qonaqlar, gəlin və bəy xoşbəxt günlərinin dadını çıxararkən birdən hamı qusmağa başlayıb.
Nikahın rəsmiləşməsinə bir neçə dəqiqə qalmış toydakı hər kəs sanki qorxulu yuxu yaşayıb. 80 nəfər ishal, qusma və baş ağrısı səbəbiylə yıxılı halda qalıb.
Bəy və gəlin də daxil olmaqla məclis iştirakçıları xəstəxanaya yerləşdirilib. Bəzi qonaqlar ishaldan əziyyət çəkib. Xəbərdarlıq üzərinə bölgəyə gələn təcili yardım maşınları 80 nəfərə yaxın insanı xəstəxanaya çatdırıb. Həkimlərin gəldiyi nəticəyə görə, insanların hamısı zəhərlənib. Toyda keçi pendiri və pomidor sousu ilə yabanı göbələklərin, əsas yemək olaraq ispanaq, tərxun və şirin kartof püresi ilə doldurulmuş toyuq döş əti və qış qulançarının verildiyini bildirir.
Digər tərəfdən sosial mediada milyonlarla insanın izlədiyi video şərhlərlə dolub. Qonaqlar xəstəxanada 5 saata yaxın qalandan sonra evə buraxılıb. Toy isə təxirə salınıb.