vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
22:14 | 25 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məhkəməyə gedirəm»

Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, o, vətəndaşlıqdan məhrum edilməsi barədə Ukrayna Prezidenti Administrasiyasından sənədləri alıb.

Virtualaz.org bildirir ki, bu barədə «İnterfaks-Ukrayna» xəbər yayıb.

Saakaşvili bildirib ki, bu qərardan məhkəməyə şikayət edəcək: «Mən bu gün və ya sabah məhkəməyə gedirəm. Nəhayət, biz vətəndaşlıq üzrə Prezident Administrasiyasından sənədləri aldıq. Və biz mənim vətəndaşlıqdan məhrum olunmağımdan şikayət edəcəyik».

Bundan əvvəl Ukraynanın Miqrasiya Xidməti bildirirdi ki, Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili ölkə ərazisindən çıxarıla bilər, çünki o öz hüquqi statusunun nizama salınması məsələsinə məhəl qoymur.